Vüqar Tofiqli: Elə etməliyik ki, yeni yaranan bələdiyyə fəaliyyətə borcla başlamasın
13:27 04.11.2024
Siyasət
535
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında qanunda dəyişiklik edilməsi barədə” qanuna əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı dörd ilin son iki ili ərzində əhalisinin sayı 3 000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1 000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir. Bə bələdiyyələrin birləşdirilməsi onların fəaliyyətində nəyi dəyişəcək? Digər hansı addımlara ehtiyac var? Bələdiyyə ərazisində yaşayan insanlara xidmət hansı səviyyədədir?
Məsələyə münasibət bildirən “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a bildirib ki, bələdiyyələrin inkişafına söykənən istənilən addımın atılması təqdirə layiqdir:
“Birləşdirmə, nəticə etibarı ilə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə və onların seçicilərinə, sakinlərinə göstərdiyi xidmət səviyyəsinin artırılmasına yönələn addımdır. Bu gün fəaliyyətdə olan 1606 bələdiyyənin əvəzinə seçki prosesindən sonra Azərbaycanda 684 bələdiyyənin formalaşdırılması nəzərdə tutulur. Bu birləşdirmə həm xərclərin səviyyəsini azaldacaq, həm də maliyyənin düzgün istiqamətdə yönəldilməsinə köməklik göstərmiş olacaq. Bütün hallarda büdcəsi az olan bələdiyyə öz arasında layihəni icra etmək imkanında olmur. Lakin kiçik bələdiyyələri birləşdirməklə, müəyyən büdcə gəliri qoymaqla kiçik həcmdə olsa belə layihələrin icra edilməsi mümkün olacaq. İstənilən halda seçicilərə, sakinlərə, və vətəndaşın qaldırdığı problemin həllinə sürətli şəkildə köməklik göstərmiş olacaq. Güman edirəm ki, bununla bərabər atılacaq əsas addımlardan biri bələdiyyələrin DSMF-yə olan borclarına aydınlıq gətirilməsidir. Bu gün 1000-dən çox bələdiyyənin üst-üstə 8 milyon manata yaxın borcu olduğuna görə bank hesabları bağlıdır. Bank hesabı da bağlı olduğundan hər hansı əməliyyat belə aparmaq mümkün deyil. Hər halda elə etməliyik ki, yeni yaranan bələdiyyə fəaliyyətə borcla başlamasın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət