Xunta rejimi “çırpınır”: “Rus dili kartı” özünə sıxılır, çünki...
Banuçiçək Kalbalıyeva
13:04 26.02.2021
Siyasət
619
“Azərbaycanda rəsmi dil Azərbaycan dilidir. Qarabağ isə Azərbaycanın ərazisidir”
“Orada hansı dilin dövlət dili olmasına dair qərarı ancaq Azərbaycan verə bilər”
Prezident İlham Əliyev keçirdiyi onlayn mətbuat konfransında Qarabağda rus dilinin rəsmi dil elan olunması iddiaları ilə bağlı suala da cavab verib. “Qarabağda rəsmi dil məsələsi bir manipulyasiya növüdür. Azərbaycanın o bölgəsində qeyri-qanuni olaraq özlərini rəhbər adlandıranların manipulyasiyasıdır”.- deyə, dövlət başçısı bildirib.
Dövlət başçısı ironiya ilə qeyd edib ki, Qarabağdakı qeyri-qanuni şəxslər rus dilini də Qarabağın “rəsmi dili” elan edə bilərlər.
“Bunun heç bir təsiri və nəticəsi ola bilməz. Dağlıq Qarabağ mövcud deyil, hər kəs oranı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Düşünürəm ki, bu, cinayətkar xunta rejiminin son nəfəsidir, cəhdidir ki, guya onlar dövlətdirlər”, - deyən Prezident vurğulayıb ki, Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir.
Millət vəkili Razi Nurullayev bu barədə fikirlərini “Sherg.az”la bölüşdü. Onun fikrincə, Ermənistanın “çırpıntıları” nəticəsiz qalacaq:
“Azərbaycanda rəsmi dil Azərbaycan dilidir. Qarabağ isə Azərbaycanın ərazisidir. Deməli, orada hansı dilin dövlət dili olmasına dair qərarı ancaq Azərbaycan verə bilər.
Əlbəttə, Ermənistanın nə istədiyi vacib deyil. Onlar sadəcə təxribat törədir və ruslara yaltaqlıq edirlər. Hərçənd Rusiya özü belə bu məsələni müzakirə etmək niyyətində deyil. Çünki Kreml Azərbaycanın ərazi bütövlüyünü tanıyır. İkinci bir tərəfdən özünə hörmət edən heç bir dövlət başqasının daxili işinə qarışmaz.
Əks halda bu, başqa ölkənin suverenliyinə təcavüz kimi qiymətləndirilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda oğurluq edən şəxslər saxlanılıb
17:05 19.03.2026
Gündəm
Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır
16:40 19.03.2026
Sosial
Heqset: İrana bu gün ən böyük zərbəni endirəcəyik
16:38 19.03.2026
Gündəm
İranda İsrailə casusluq şübhəsi ilə daha 97 nəfər saxlanılıb
16:26 19.03.2026
Gündəm
Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb
14:59 19.03.2026
Dünya
Sumqayıtda 34 kq narkotik aşkarlanıb
14:52 19.03.2026
Hadisə
Azərbaycan hərbi polisinin nümayəndə heyəti Bolqarıstana səfər edib
14:25 19.03.2026
Hərbi
Mingəçevirdə bədbəxt hadisə: 80 yaşlı kişi poçtda vəfat etdi
14:24 19.03.2026
Hadisə
ABŞ Ordusu Hörmüz boğazını ələ keçirməyə hazırlaşır
14:16 19.03.2026
Gündəm
“Qalatasaray”ın Çempionlar Liqasından əldə etdiyi gəlir bəlli olub
13:54 19.03.2026
Futbol
Kallas: Aİ Hörmüz boğazına qüvvə göndərmək istəmir
13:48 19.03.2026
Gündəm
Rasim Balayevin səhhətindəki son durum açıqlandı
13:41 19.03.2026
Mədəniyyət
Rusiya və Ukrayna arasındakı sülh danışıqları dayandırıldı
13:37 19.03.2026
Gündəm
Rusiyada dollar və avro bahalaşıb
13:29 19.03.2026
Dünya