
Yaya qədər sülh sazişi imzalanacaq? - ŞƏRH
02:24 07.03.2024
Siyasət
460
Ermənistanın əsgərimizi tez qaytarması siyasi razılıq əsasında baş vermiş hadisədir “Mümkündür ki, Azərbaycan Ermənistanı əsgərimizi qaytarmağa məcbur edən addım atıb”
Ermənistan azaraq sərhədi keçən əsgərimiz Ruslan Pənahovu Azərbaycana qaytarıb. Gözlənilirdi ki, İrəvan əsgərimizdən Bakıda həbsdə olan ermənilərin alınması üçün istifadə etsin. Gənc əsgərimizin bir neçə maddə üzrə ittiham ediləcəyi haqda məlumat da buna hesablanmışdı. Lakin cinayət işi açmaqdan imtina etdilər və əsgərimizin təhvil verilməsini “xoşməramlı jest” adlandırdılar.
Bunun “xoşməramlı jest”lə əlaqəsinin olmadığı bəllidir. Xüsusilə sonuncu dəfə iki əsgərimizə qarşı 32 ermənini almaları fonunda. Bu baxımdan Ermənistanın “fürsəti fövtə verməsi”nin başqa səbəbləri ola bilər. Mümkündür ki, Azərbaycan Ermənistanı əsgərimizi qaytarmağa məcbur edən addım atıb. İstənilən halda R.Pənahova cinayət işi açılacağını deyən İrəvanı bir neçə gün ərzində geri çəkilməyə məcbur edən səbəb var.
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov "Sherg.az"a açıqlamasında deyib ki, azərbaycanlı əsgərin tez zamanda qaytarılması Azərbaycanın növbəti diplomatik uğuru kimi qəbul edilməlidir. Hüquq müdafiəçisinin sözlərinə görə, bənzəri hadisələrdə Azərbaycan dövləti istər mülki, istərsə də hərbi, fərq etməz, bütün vətəndaşlarını uzun mübarizədən sonra, müəyyən qarşılıqlı addım atmaqla ölkəyə gətirilməsinə nail olub:

"Sonuncu hadisədə də Azərbaycan əsgəri sırf yolu azdığı üçün qarşı tərəfə keçmişdi. Heç bir hərbi əməliyyat şəraiti olmadan gənc əsgərə qarşı Ermənistanın irəli sürdüyü ittihamlar saxta və uydurma idi. Rəsmi İrəvan düşünürdü ki, bununla Azərbaycan tərəfi ilə müəyyən danışıqlar apara bilər və Azərbaycanda saxlanılan terrorçularla hər hansı dəyişdirilmə prosesi baş tutar. Amma bunun mümkün olmayacağını gördü. Bu, siyasi razılıq əsasında baş vermiş hadisədir. Nəzərə alsaq ki, Almaniyada iki ölkə rəhbərlərinin görüşü, ardınca Berlində xarici işlər nazirlərinin müzakirələri və Antalya Diplomatik Forumunda gerçəkləşən təmaslar nəticəsində belə bir razılığa gəlinib. Ümumən, müsbət bir haldır. Həm də sülh danışıqları fonunda qarşılıqlı etimad mühitinin yaradılması baxımından müsbət addımdır. Ermənistanda müəyyən revanşist güclər bunun qarşılığında Azərbaycanda saxlanılan erməni diversantlardan birinin və ya bir neçəsinin əldə ediləcəyini düşünürdülər. Hər nə qədər erməni cəmiyyətində məyusluqla qarşılansa da, Azərbaycan dövlətinin uğurudur".
Ə.Şahidovun fikrincə, bu hadisə sonrakı ikili təmaslarda, həm dövlət komissiyalarının görüşündə, həm də iki ölkə liderlərinin sülh görüşlərində müsbət bir dinamika yarada bilər: "Ümid edirik, 2024-cü ilin ilk yarısına qədər Azərbaycanla Ermənistan arasında sülh danışıqları yekunlaşacaq və qalıcı bir sülh müqaviləsi imzalanacaq. Azərbaycan dövləti hər zaman öz hərbçilərinin hərbi qulluqçularının, istərsə də mülki vətəndaşlarının erməni əsirliyindən qurtarılması üçün sonuna qədər mübarizə aparıb. Bunu 2014-cü ildə iki mülki girov - Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması üçün göstərilən səylər fonunda dəfələrlə görmüşük. Sonuncu hadisə isə bunun daha bariz nümunəsidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa verib
22:20 13.07.2026
Dünya
"Erməni soyqırımı" layihəsi: Knesset təxirə saldı
22:02 13.07.2026
Dünya
Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
21:34 13.07.2026
Siyasət
Məsud Pezeşkian Rusiyanın energetika nazirini qəbul etdi
20:46 13.07.2026
Region
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir
20:39 13.07.2026
Hərbi
Anna Akopyan Efiopiyaya ezam olunacaq
20:24 13.07.2026
Dünya
Bakı-Qars aviareysləri iyulun 30-dan başlayır
20:13 13.07.2026
Aktual
Tramp: Hörmüz boğazına nəzarəti ələ keçirəcəyik
20:08 13.07.2026
Gündəm
Muhsin Yazıcıoğlu işi üzrə 25 şübhəli saxlanılıb
20:05 13.07.2026
Hadisə
AB Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
19:50 13.07.2026
Dünya
Füzulidə yanğınlar zamanı mina partlayışları baş verib
19:42 13.07.2026
Hadisə
Ermənistanı sülhdən uzaqlaşdırırlar - ŞƏRH
19:15 13.07.2026
Gündəm
Azərbaycana yola düşürəm, bu, bir fürsətdir - Pelleqrini
18:57 13.07.2026
Gündəm
D-8 Media Mükəmməllik Mərkəzinin hüquqi statusu hazırlanıb
18:54 13.07.2026
Media