
Yeni güc mərkəzi: Pakistan-Azərbaycan-Türkiyə biri-birilərinin yanında olmalıdır -ANALIZ
10:07 31.05.2024
Siyasət
514
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, görüş zamanı tərəflər, Azərbaycanla Pakistan arasında mövcud strateji əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, yüksək səviyyəli qarşılıqlı səfərlərin, habelə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin önəmini vurğulayıb.
Tərəflər, iqtisadiyyat, ticarət, enerji, turizm, təhsil, elm və mədəniyyət, nəqliyyat, eləcə də müdafiə sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Tərəflər hökumətlərarası iqtisadi komissiyanın iclaslarının mütəmadi əsasda keçirilməsinin önəminə diqqət çəkərək, ikitərəfli iqtisadi münasibətlərin, xüsusilə də enerji və qarşılıqlı sərmayə qoyuluşu sahələrində əməkdaşlığın inkişaf perspektivlərinə toxunublar.
Bununla yanaşı, Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının bütün istiqamətlər üzrə fəaliyyətinin gücləndirilməsinin qarşılıqlı faydalı əməkdaşlığa xüsusi töhfə verməklə yanaşı, hər üç ölkənin regional və qlobal mövqelərinin möhkəmlənməsinə xidmət edəcəyi diqqətə çatdırılıb.
Politoloq Natiq Miri “Sherg.az”a vurğulayıb ki, Azərbaycan-Türkiyə-Pakistan əlaqələri ilk növbədə müsəlman dövlətlərinin birliyidir:

“Bu bir çox islam ölkərinin ibrət götürəcəyi birlikdir və praktik nəticələri var. Türkiyə və Pakistanın Azərbaycanın 44 günlük Vətən müharibəsində mənəvi, hərbi, siyasi dəstəyi olub. Bu platforma bir çox kənar güclər üçün çəkindirici məqam idi. Ona görə də praktik nəticələrə malik birlik bir çoxlarına örnək ola bilər. Pakistanın Azərbaycan və qardaş Türkiyə müttəfiqliyi böyük əhəmiyyət daşıyır. Bu gün nüvə gücünə malik olan ölkələr özlərini toxunulmaz hesab edirlər. Həmin qüvvələr çətinə düşən kimi nüvə silahı dünyanı hədələyirlər. Belə olan halda Azərbaycan-Türkiyə birliyinin yanında nüvə ölkəsi olan Pakistanın yer alması platformaya əlavə güc qatır. Eyni zamanda, Pakistanın Mərkəzi Asiya ölkəsi olması da Azərbaycan və Türkiyənin həmin bölgələrdə mövqeylərini gücləndirir. Türk birliyinə Pakistanın əlavə olunması Avrasiyada əhəmiyyətli güc mərkəzinin yaranmasına səbəb olar. Bu gün Avrasiya dünyanın göbəyi sayılır. Avrasiyaya kim hökm edəcəksə, dolayısı ilə bütün dünyaya nəzarət edəcək firki boşuna deyilməyib. Hər zaman Pakistan və Azərbaycan-Türkiyə biri-birilərinin yanında olmalıdır. Çünki birlikdə daha güclüyük, güc isə azadlıq deməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət