Yeni mərhələ!- “Serbiya Azərbaycanla münasibətləri düzəltmək istəyir”
Fidan Həmişəyeva
12:26 27.05.2021
Siyasət
479
Serbiyanın xarici işlər naziri Nikola Selakoviç Azərbaycana səfər edəcək. Bununla bağlı Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda məlumat verib. O bildirib ki, səfər zamanı Azərbaycan-Serbiya Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti, altıncı iclası keçiriləcək.
Qeyd edək ki, Serbiya İkinci Qarabağ müharibəsində Ermənistana silah yardımı edən ölkələrdən biri idi. Lakin ordumuz düşməni məhv etdi, hazırda Azərbaycan qalib tərəfdir. Belə olan halda bu səfər nəyə hesablanıb?
Sualımızı cavablandıran politoloq Məhəmməd Əsədullazadə “Sherg.az”a bildirib ki, Serbiya XİN başçısının Azərbaycana gəlməsi ölkəmizlə siyasi-iqtisadi əlaqələrin inkişaf etdirilməsi, həmçinin Qarabağın infrastruktur layihələrində iştirak etməklə əlaqədardır:
“Düzdür, Serbiya müharibə vaxtı Ermənistana silah-sursat yardımı edib. İndi isə çalışır ki, bu məsələni həll edib, Azərbaycanla münasibətləri düzəltsin. Ona görə çalışırlar ki, belə səfərlərlə iki ölkə arasındakı əlaqələri müsbət tempə daşısınlar.
Ölkəmiz həmişə Serbiya ilə siyasi əlaqələrə üstünlük verib. Azərbaycan Serbiyanın ərazi bütövlüyünü daim təmin edib. Serbiya isə Azərbaycanla siyasi-iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün Qarabağ müharibəsindən sonra yeni bir mərhələni başlatmaq istəyir”.
Politoloq qeyd edib ki, son günlər Azərbaycana müxtəlif ölkələrin xarici işlər nazirinin gəlməsi ilə dövlətimiz xarici siyasət prioritetlərində hansı ölkə ilə əməkdaşlıq edəcəyini dəqiqləşdirir:
“Azərbaycan-Ermənistan arasındakı böhran fonunda Serbiyanın hansı ölkəyə dəstək durması önəmlidir. Çünki Serbiya Rusiyanın müttəfiqidir və müharibə zamanı da Ermənistana silah yardımı edib. İndi bu ölkə ilə münasibətləri elə səviyyəyə çatdırmalıyıq ki, bundan sonra Ermənistana hansısa silah tədarükünü həyata keçirməsinlər. Fikrimcə, bu səfər iki ölkə arasında yeni münasibətlərin qurulmasına şərait yaradacaq. Serbiya da Azərbaycanla əsasən iqtisadi əlaqələrin inkişaf etdirilməsində maraqlıdır və çalışır ki, Azərbaycan Serbiyaya investisiya yatırsın. Səfərin əsas istiqamət və strategiyası da bundan ibarətdir”.
Oxşar xəbərlər
Azərbaycan TRIPP-ə daxil olan avtomobil yolu və dəmir yolunun tikintisini demək olar ki, başa çatdırıb
23:13 10.08.2026
İlham Əliyev və Paşinyan birlikdə Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər
22:30 10.08.2026
Xəbər lenti
Hamısına bax
Rusiya Kiyevə ballistik raketlərlə hücum edib
04:14 11.08.2026
Aktual
Venesuelada zəlzələ qurbanlarının sayı 6 300 nəfərə çatıb
02:22 11.08.2026
Dünya
Ərəbistan vəhhabilikdən imtina edir
01:50 11.08.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
00:22 11.08.2026
Hadisə
İngiltərənin 71,3 faizində rəsmi olaraq quraqlıq elan edilib
23:57 10.08.2026
Dünya
"Bazel" - "Barselona" oyunu üçün bilet satışı dayandırıldı
23:35 10.08.2026
Futbol
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya