Zəngəzur uğrunda səssiz savaş... - RƏY
Yusif Nəzərli
06:30 01.05.2025
Siyasət
498
Moskva səfəri öncəsi Paşinyan Tallində Avropaya hesabat verdi
Estoniyada səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyə (MİT rəhbəri İbrahim Kalın) və İngiltərə (Mİ6 rəhbəri Riçard Mur) kəşfiyyat şefləri ilə gizli görüş keçirdiyinə dair məlumatlar yayılıb. Adətən, Ermənistanda belə informasiyalar ictimai rəyi N.Paşinyanın əleyhinə yönləndirmək məqsədilə tirajlanır. Bu məlumatın da eyni məqsədə xidmət etdiyi istisna edilməməlidir.
Lakin ekspertlərin fikrincə, Kalın-Mur-Paşinyan görüşü baş tutubsa, burada bir-birinə bağlı iki əsas gündəm ola bilər. Birincisi, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, ikincisi isə Cənubi Qafqazda kommunikasiyanın açılmasıdır. Hər iki məsələ Bakı-İrəvan xəttində razılaşmadan, xüsusilə Zəngəzur dəhlizinin açılmasından asılıdır.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, İngiltərə açıq şəkildə dilə gətirməsə də, Pekin-London marşrutunda güc balansını idarə etmək və təsir imkanlarını genişləndirmək baxımından Zəngəzur dəhlizi layihəsində maraqlı görünür. Ekspert vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması ilə türk dünyasında coğrafi bölünmənin aradan qalxması, Türkiyədən Mərkəzi Asiyaya uzanan bölgədə tarazlıq yaradacaq gücün ortaya çıxması London-Ankara-Bakı gündəliyinə uyğundur:
"Ehtimal olunan Tallin görüşü Paşinyanı Zəngəzur dəhlizinin açılmasına inandırmaq məqsədi daşıya bilər. Bu informasiya son günlər Orta dəhlizdə mübarizənin kəskinləşməsi fonunda da diqqət çəkir. Avropa İttifaqının Mərkəzi Asiyada mövqelərini gücləndirmək və Orta dəhlizdə “Ermənistan tranziti planına” qarşı Əliyev Çin səfəri ilə əks-həmlə etdi və Zəngəzur dəhlizinə dəstəyi genişləndirdi. Pekinin “Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləməsi” mühüm şifrələri əks etdirir. Bakı Orta dəhlizdə üzərinə düşəni, Ankara və London öz üzərlərinə düşəni etməyə çalışır".
Bununla yanaşı, analitik qeyd edib ki, Tallin görüşü haqqında tirajlanan iddianın reallığı yenə də sual altındadır:
"Paşinyanın Estoniya səfəri daha çox gözlənilən Moskva səfərindən öncə Avropada “hesabat” vermək məqsədi daşıya bilər. Çünki erməni baş nazir 9 mayda Moskva paradına gedəcək. Avropa İttifaqı isə üzvlüyə namizəd ölkələrə parada getməməyi tapşırıb. Latviyanın xarici işlər naziri Baiba Braje aprelin 14-də bildirmişdi ki, Avropa İttifaqı onlara Moskvada keçiriləcək 9 may Qələbə Gününə həsr olunmuş bayram tədbirində iştirak etməməklə bağlı dəqiq göstəriş verib. Görünür, Aİ-yə üzvlük yoluna çıxan Ermənistan Moskva paradına getməklə Avropadakı tərəfdaşlarını narazı salmaqdan çəkinir. Paşinyan Estoniyaya - Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın ölkəsinə səfəri ilə “Mosvkva paradında iştirakının səbəblərini – real vəziyyəti” izah etməyə çalışır. Ermənistan mediası da bu versiyanın üzərində dayanır. Erməni baş nazirin Tallində MİT və Mi6 şefi ilə görüşüb-görüşmədiyinə dair detallar isə informasiya axınında məlum olacaq".
Oxşar xəbərlər
Səfir: Britaniya ilə Azərbaycan arasında süni intellekt və texnologiya sahəsində maraqlı layihələr var
15:21 11.09.2026
BMT rəsmisi: Azərbaycan regional əməkdaşlığın praktiki icraya keçidinin konkret nümunəsidir
17:40 10.09.2026
Xəbər lenti
Hamısına bax
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
15:45 11.09.2026
Gündəm
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
15:29 11.09.2026
İqtisadiyyat
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya