
Zəngəzurun düşmənləri eyni dildə danışır - RƏY
07:51 07.08.2025
Siyasət
411
Sülh üçün Qafqazı təsir agentlərindən təmizləmək lazımdır
Ermənistan rəhbərliyi Rusiya ilə bərabər, İrandan da uzaqlaşmaq xəttinə üstünlük verir. Artıq Moskvada olduğu kimi Tehranda da görürlər ki, Ermənistan bir çox məsələlərdə Azərbaycan və Türkiyə ilə uzlaşdırılmış mövqedən çıxış etməyə başlayıb. Lakin İranın molla hakimiyyəti isə öz geosiyasi maraqlarından ötrü "Ermənistanla əbədi dostluq" tezisini hər vəchlə gündəmdə saxlamağa və Ermənistan rəhbərliyinə, erməni siyasətçilərinə "dostluq" nitqləri söyləməyə davam edir.
Türkmənistanda səfərdə olan İranın birinci vitse-prezidenti Məhəmmədrza Arif də Ermənistan Prezidenti Vaaqn Xaçaturyan ilə görüşü zamanı ənənəvi fars riyakarlığını işə salaraq fars-erməni dostluğundan dəm vurub. O deyib ki, Tehran-İrəvan münasibətləri möhkəm və sarsılmaz tarixi, mədəni və sivilizasiya əsasları üzərində qurulub. İran İslam Respublikasının “qonşuluq siyasəti”ndə Ermənistanın xüsusi yeri var. Biz inanırıq ki, sülh bölgədə bütün ölkələrin marağındadır.
Siyasi şərhçi Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, İran vitse-prezidenti bu bəyanatında açıq-aşkar yalana, saxtakarlığa yol verib. Ekspert vurğulayıb ki, bütün müşahidələr göstərir ki, sülh bölgədə bütün ölkələrin yox, yalnız bir neçə ölkənin, o cümlədən Azərbaycanın marağındadır:

"İran və Rusiya isə sülhdə qətiyyən maraqlı deyil. Əksinə, Tehran və Moskva Cənubi Qafqazda sülh prosesinin əngəllənməsi üçün bütün vasitələrə əl atıb. Bu baxımdan, bu gün İranın vitse-prezidentinin Ermənistan prezidenti ilə görüş zamanı "sülhpərvər" obrazında çıxış etməsi süni təsir bağışlayır. Lakin təəssüflər olsun ki, Ermənistanın siyasi çevrələrində İran və Rusiyanın sülh "nağıl"larına inananlar və eləcə də Zəngəzur dəhlizinin əleyhinə çıxış edənlərin sayı çoxdur. Xaçik Asryan kimi işbaz siyasətçilər İranın molla rejiminin muzdluları rolunda çıxış edərək, sıravi ermənilərə "İran bizim əsl dostumuzdur" fikrini aşılamağa çalışırlar. Xaçik Asryan Tehrandan aldığı təlimatın əsasında təklif edir ki, Ermənistan hökuməti İran ilə hərbi-siyasi ittifaqın yaradılmasına dair müqavilə imzalamalı, İranı Ermənistanın həqiqi və təbii hərbi-siyasi dostu kimi qəbul etməlidir. Eyni zamanda, İranla sərhəddə yerləşən Zəngəzur dəhlizini qorumaq üçün İranın düşməni olan ABŞ silahlı qüvvələrinin Ermənistana daxil olmasını rədd etməlidir".
Ə.Hüseynov əlavə edib ki, Vladimir Poqosyan, Tiqran Xzmalyan da oxşar düşüncələrdən çıxış edərək sıravi erməniləri İranın "dostluq" siyasətinə inandırmağa çalışırlar:
"Zəngəzur dəhlizinin əleyhinə çıxış edirlər. Onların ritorikası ilə İranın ali dini rəhbərinin müşaviri olan Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizinin əleyhinə səsləndirdiyi ən sərt fikirlər arasında mahiyyət etibarilə heç bir fərq yoxdur. Eyni mərkəzdə hazırlanmış tezisləri istər erməni siyasətçiləri, istərsə də İran rəsmiləri tutuquşu kimi təkrarlayırlar. Bu isə Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunmasına mənfi təsir göstərir. Ermənistan rəhbərliyi təkcə rusiyameylli kilsəni yox, həm də molla rejiminə xidmət edən erməni siyasətçilərini zərərsizləşdirməlidir. Sülhə gedən yolu Rusiya və İranın təsir agentlərindən təmizləmək lazımdır".
Oxşar xəbərlər
Avropa Komissiyasının Prezidenti: Regional əlaqələndirmə üzrə investisiya konfransının Bakıda keçirilməsini istəyirik
20:42 01.07.2026
Emi Karlon: Azərbaycanla strateji tərəfdaşlıq Cənubi Qafqazda sülh və inkişafı gücləndirəcək
20:24 01.07.2026
Lyayen: Azərbaycan nadir ölkələrdəndir ki, regional sabitliyi və inkişafı irəli apara bilər
20:17 01.07.2026
Xəbər lenti
Hamısına bax
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə aparır - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya
ABŞ BMT-yə terrorizmlə mübarizə üzrə yeni strategiya təqdim edəcək
18:07 01.07.2026
Dünya
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə