Zirvə görüşündə düşmənə mesaj:“Məsələ bitib, revanşizmdən əl çəkin”
Banuçiçək Kalbalıyeva
11:32 01.04.2021
Siyasət
522
Dünən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü baş tutub. Toplantıda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev çox mühüm məqamlara toxunub. Dövlət başçısı, həmçinin xatırladıb ki, noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri Bəyanat imzalayıblar:
“Bu Bəyanat əsasında bizim digər rayonlarımız artıq siyasi yollarla Azərbaycana qaytarıldı. Beləliklə, məsələ hərbi-siyasi yollarla həll olundu. Artıq tam əminliklə demək olar ki, Dağlıq Qarabağ məsələsi, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmışdır. Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur. Azərbaycan bu məsələni həll edib, tarixi Zəfər əldə edib və dağıdılmış ərazilərdə bərpa işləri başlayıb”.
Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov bu barədə “Sherg.az”a danışdı:
“Sözügedən fikirlər hər şeydən əvvəl ermənilərə verilən mesaj idi. Yəni məsələ, bitib, revanşist hisslərlə yaşamaqdan əl çəkin. “Dağlıq Qarabağ” termini isə artıq yoxdur. Sovet dövründə gələcəkdə Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etmək məqsədilə yaradılan “DQMV” ləğv olunub.
Bundan sonra Ermənistanda Qarabağ ermənilərinin gələcəyi ilə bağlı illuziya qurulmamalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət
26 yaşlı gənc bu universitetdə dekan müavini təyin olundu
10:43 17.09.2026
Elm və Təhsil
Azərbaycan əhalisinin sayı açıqlandı
10:30 17.09.2026
Cəmiyyət