Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yaşayış binalarının tikintisi ilə məşğul olan şirkətlərin 100-dən artıq vəzifəli şəxsini eyni mənzilin birdən çox şəxsə satılması, habelə tikinti layihələrinin tamamlanmaması halları ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edib.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, belə hallarla qarşılaşmış çoxsaylı vətəndaşların vurulmuş maddi ziyanın ödənilməsi istiqamətində də qanunvericiliyə uyğun olaraq mümkün həddə tədbirlər görülüb.
Sual ortaya çıxır. Vətəndaşlara vurulmuş ziyanı kim ödəməlidir?
Mənzil almaq istəyən şəxslər bu kimi vəziyyətlərlə qarşılaşmamaq üçün nə etməlidir?
Məsələ ilə bağlı "Sherg.az" açıqlama verən daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, hazırda ölkədə Mənzil Tikinti Koperativi tərəfindən zərərsizləşdirilmiş vətəndaşların sayı 5200-dən çoxdur :
"Bu kimi hallar əvvəlki illərdə daha çox müşahidə edilirdi. Lakin son illərdə belə vəziyyətlərə nisbətən az rast gəlmək olur. Çünki şirkətləri hər hansı bir tikinti həyata keçirmək üçün bütün aidiyyatı qrumlardan sənədlər toplanılır, bank hesabı lazım olur. Bir sözlə, bu istiqamətdə qaydalar dəyişilib. Hazırda fəaliyyətdə olan tikinti şirkətlərinin bir evi bir neçə şəxsə sataraq fırıldaqçılıq yolu ilə pul qazanmağa ehtiyyacı yoxdur. Heç bir rəsmi qrum yoxdur ki, alıcı bina ilə bağlı tam məlumat əldə etsin. Alıcılar yalnız MTK- nın verdiyi vədlərə inanmalıdır. Bir sözlə, bazar araşdırılması aparılmalıdır. Ətrafdakı şirkətlərlə maraqlanmalı,internet portallarından binanın adını yazaraq problemli şikayyətlərin olub-olmadığını yoxlamalıdır ".
Ekspert qeyd edib ki, xarici praktika da təcrübə daha fərqlidir:
"Ölkədə isə bu istiqamətdə işlər aparılmadığına görə belə vəziyyətlərlə qarşılaşırıq. Zərərçəkmişlərə dəymiş ziyanın kimin qarşılaması məsələsini isə məhkəmənin çıxardığı qərara əsasən dəyişir. Həmin MTK rəhbəri vətəndaşa dəymiş ziyanı başqa bir əmlak və pulla konpensasiya edə bilər. Əgər, həmin şəxs həbs olunub pul da yoxdursa, MTK rəhbəri tərəfindən heç bir ödəniş edilmir ".