“Statistik göstəricilər onu göstərir ki, sosial şəbəkə vahidlərinin sayının artması istifadəçilərə qarşı kiberhücumların artmasına zəmin yaradır. Bu da, sözsüz ki, sosial şəbəkə istifadəçiləri üçün ciddi problem yaradır”.
APA xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi üzrə Dövlət Xidmətinin rəisi İlqar Musayev "Media savadlılığı" konfransında çıxışı zamanı deyib.
"Biz dövlət xidməti olaraq, mütəmadi şəkildə dövlət orqanlarının informasiya sistemində monitorinqlər edir, onların təhlükəsizliyi istiqamətində qiymətləndirmələr aparırıq. Bu baxımdan, cari il ərzində 1 milyon 400 mindən çox zərərli elektron poçtun dövlət orqanları və əməkdaşlarına göndərilməsinin qarşısının alındığını deyə bilərəm", - İlqar Musayev bildirib.