TƏBİB-in yaranmasının 5 ili tamam oldu

Azərbaycanda “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) fəaliyyətə başlamasından 5 il ötür.

"Medicina" xəbər verir ki, Prezident İlham Əliyevin 20 dekabr 2018-ci il 418 nömrəli “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanına əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən TƏBİB yaradılıb.

Azərbaycan Respublikasında səhiyyənin inkişafı, əhalinin dünya standartlarına uyğun tibbi yardım alması, bütün vətəndaşların tibbi xidmətlərə əlçatanlığının təmin olunması ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir.

TƏBİB tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur. Fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir.


Hazırda TƏBİB-ə tabe müəssisələrdə İcbari Tibbi Sığorta tam fəaliyyət göstərir.