Sosyal mediada ölüm xəbərləri daha çox oxunur. Ona görə də reytinq xətrinə bəzi şəxslər saxta xəbərlər yayırlar.
Maraqlıdır, Azərbaycan xalqı nəyə görə mənfi motivli xəbərlərə bu qədər meyillidir? Bu psixoloji faktorla əlaqəlidirmi?
Mövzu ilə əlaqədar psixoloq Aytəkin Bayramova "Sherg.az"a bildirib ki, pessimizm bizim kökənlərimizdən gəlir:
"Müəyyən yaş periodundan sonra insanlarda ölüm qorxusu çoxalmağa başlayır. Əslində, hər bir şeyin təməlində ölüm qorxusu dayanır. Sadəcə dünyadakı insanlar bunun fərqində deyillər. Bəd xəbərlər bir növ adamlarda reaksiyaları fərqli göstərməyə başlayır. Misal olaraq "ay yazıq", " bir gün hamımız öləcəyik" kimi ağıla düşüncələr gəlir. Təməl fikirlərdə görə bilərik ki, onlar ölməkdən çox qorxurlar. Çünki bu qorxu onları belə xəbərlərə baxmağa yönləndirir. Bir xalq olaraq yaşlı nəsillərdə acıma hissi yüksəkdir. Ölüm həyatın reallıqlarından biridir. İnsanlar isə bunu daha ağır şəkildə qəbul edirlər. "Bu cür mənfi motivli xəbərlər niyə daha çox oxunur?" sualına gəldikdə isə deyə bilərik ki, öyrənilmiş çarəsizlik düşüncəsi var".
Ekspert vurğulayıb ki, bölgələrdə buna daha çox rast gəlmək olar:
"Bunlara pessimist təfəkkür, neqativə meyillilik daxildir.Təbii ki, ən böyük neqativlik ölüm xəbərləri, daima hər şeyin pis olacağına dair fikirlər, mənfiyə köklənməklə rahatlıq hissini tapmaqdır. Doğrudur, reytinq xətrinə sosyal şəbəkələrdə yalandan ölüm xəbərləri yayan şəxslərdə var. Daima ölümü düşünməklə yaşamaq hər bir şəxsə ağır yükdür. Ona görə də calışaq ki, həyatın pozitiv tərəflərini görək. Bunun psixoloji faktorla böyük əlaqəsi var".