Ötən il 1920 nəfərə icbari şəxsi sığorta verilib

Ötən il 1920 nəfərə icbari şəxsi sığorta verilib.
Bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə heyətinin sədri Himalay Məmişov 2023-cü ildə görülmüş işlərə dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, hazırda sistemi təkmilləşdirməyə çalışırlar:

"Altsistemin yaradılması üzərində iş aparılır. Çalışırıq ki, vətəndaş sığorta almaq istəyəndə əlavə sənədlər toplamağa ehtiyac duymasın".

Qeyd edək ki, 2022-ci ilin fevralından icbari şəxsi sığorta üzrə vəsaitlərin toplanması və idarə edilməsi səlahiyyəti Dövlət Sosial Müdafiə Fonduna verilib.