2023-cü il ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5,2 milyard manata yaxın olub. Bu mənbədən daxilolmalar 2022-ci illə müqayisədə 13,3% və ya 610,5 milyon manat artıb.
“APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar əvvəlki ilə nisbətən 15,1% artaraq 3,3 milyard manatdan çox təşkil edib.