ndiki dövrdə insanlar bürclərə çox inanırlar. Hətta, gənclər evlilik həyatında öz ruh əkizini tapmaq üçün bürclərə baxaraq seçirlər.
"Hansı bürclə ailə həyatı qurmaq olar?", " Ailə həyatı qurmaq üçün ideal olan bürclər" kimi başlıqlar altında xəbərlər daha çox oxunur.
Heç tanımadan bürc uyğunsuzluğuna görə qarşı tərəfə şans verməyən şəxslər də az deyil. Sual ortaya çıxır. Bürclər məsələsini niyə həyatımızın əsas hissəsinə çevirmişik? Bu nə dərəcədə düzgündür?
Mövzuya münasibət bildirən psixoloq Elmir Əkbər "Sherg.az"a bildirib ki, televiziya proqramlarına astroloq adı altında insanları çıxardırlar:
"Vətandaşları cahil fikirlərə sövq edirlər. Hətta, şəxsi hesabımda da bununla bağlı bir video paylaşmışdım. Belə ki, bürclərlə bağlı bir yaşlı kişi ağızdolusu danışırdı. Təəssüf ki, insanlar elmlə deyil, belə cahil ideyalarla öz həyatlarını qurmaq istəyirlər. Bu cür məlumatların heç kəsə zərəri yoxdursa, əyləncə naminə qəbul etmək olar. Amma ailə həyatı kimi ciddi bir məsələni belə mənasız fikirlər sual altında qoyur. Yer üzündə 7 milyarda yaxın əhali yaşayır. Heç bir kəsi akademik testlərə tam güvənərək belə xasiyyətlərə bölmək doğru deyil. Hər şəxsə individual yanaşmaq lazımdır".