Vətən müharibəsi iştirakçılarına ödənilən vəsaitin artırılıb-artırılmayacağı məsələsinə aydınlıq gətirilib.
Bu barədə əmək və əhalinin sosial müdafiə nazirinin müavini Anar Əliyev 2023-cü ilin yekunlarına dair mətbuat konfransında məlumat verib.
O bildirib ki, hazırda həmin şəxslərə 80 manat məbləğində vəsait ödənilir: "Nazirlik tərəfindən qazilərin müvafiq iş yerləri ilə təmin olunması istiqamətində iş aparılır. Əhaliyə ödənilən sosial ödənişlərin artırılması fonunda bu məsələyə də baxıla bilər".