Qazilərə 80 manat məbləğində müavinət ödənilir, həqiqətən də bu məsələ çox müzakirə olunur”.
Bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Anar Əliyev deyib.
Nazir müavini hazırda qazilərin işlə təmin olunması istiqamətində addımlar atıldığını bildirib:
“Müharibə veteranları və qazilər üçün aylıq 80 manat müavinət təyin edilib. Bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş proqram çərçivəsində növbəti mərhələlərdə bu məbləğin artırılması müzakirə oluna bilər.
Məsələ ilə bağlı "Sherg.az"a danışan Qarabağ qazisi, tanınmış hərbi-jurnalist Rey Kərimoğlu deyib ki, veteranların pul məsələsi hər zaman gündəmdədir:
"Mənim özümündə təmsil olunduğum "Qarabağ Qazilər İctimai Birliyi" olaraq bu istiqamətdə atılan addımları dəstəkləyirik. Dövlətin və məsul şəxslərin yöndə düşüncələridə bizə məlumdur. Bilirik ki, onlarda veteranlar üçün pulun artmasına çalışırlar. Hətta bununla bağlı dövlət orqanlarına təkliflərimiz var ki, minimum istehlak zənbili olan 250 manata qədər veteranlara təqaüd verilsin".