2024-cü ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1099 min nəfərə yaxınlaşaraq ölkə əhalisinin 10,8 faizini təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, həmin dövrə 443,8 min nəfər aylıq sosial müavinət, 395,2 min nəfər isə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almışdır. 2023-cü il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına təyin olunmuşlar da daxil olmaqla birdəfəlik müavinət alanların sayı 169,6 min nəfərdir.