Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna direktor təyin edilib

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna (ETTBİ) direktor təyin edilib.

Qurumdan APA-ya verilən xəbərə görə səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən Mətanət Tələt qızı Əfəndiyeva Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru vəzifəsinə təyin olunub.