Bakıda yeni sosial mənzillərin inşasına başlanır

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıda yeni sosial mənzillərin inşasına başlayacaq
Trend bu barədə etender.gov.az-a istinadən xəbər verir.
Məlumata görə, yeni çoxmənzilli yaşayış binaları Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava limanı-Zığ şossesi 8-ci km, “10 H” ünvanında yerləşən 2,31 ha torpaq sahəsində inşa olunacaq.
Binaların tikintisi ilə əlaqədar şəhərsalma əsaslandırılması, tikinti layihəsinin hazırlanması və müəllif nəzarətinin aparılması işlərinə başlanılır.