İşğaldan azad olunmuş ərazilərdə poçt xidmətlərinin təşkili üçün inzibati binaların müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.
Bunu “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev ötən ilin yekunlarına dair hesabatın təqdimatı zamanı deyib.
Onun sözlərinə görə, hazırda Xankəndi Poçt Filialının yaradılması, Şuşa, Laçın, Xocavənd və Əskəran şəhərlərində poçt xidmətlərinin təşkili üçün inzibati binaların müəyyən edilməsi ilə bağlı işlər davam etdirilir.
İ.Mustafayev əlavə edib ki, 2020-ci ildə Hadrutda, daha sonra Cocuq Mərcanlıda poçt şöbəsi yaradılıb. 2022-ci ildə isə Zəngilan rayonunun Ağalı kəndində poçt xidmətlərinin təşkili təmin olunub.