Dələduzluqda təqsirləndirilən falçıya hökm oxunub
Falçılıqla məşğul olaraq dələduzluqda təqsirləndirilən Günəş Qasımovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Məhkəmənin hökmü ilə Günəş Qasımova 7 il müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, ittihama görə, Bakı şəhər sakini Günəş Qasımova Şirvan şəhərində falçı olduğunu bildirərək insanların problemlərinin həllində köməkliklər göstəriləcəyini vəd edib. O, aldatma yolu ilə zərərçəkmişlərin 50 000 dollarını və 15 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.
Sosioloq Mail Yaqub “Sherg.az”a vurğulayıb ki, Falçılıq məntiqə zidd bir hərəkətdir:
"Təssüflər olsun ki, dünyanın bir çox ölkələrində insanlar falçıların toruna düşürlər. Onlar insanların emosiyasını manupilyasiya edirlər. Falçıların toruna düşməmək üçün bunlar edilməldir:
Birincisi, insanlar savadlarını artırmalıdırlar və çoxlu kitab oxumalıdırlar. Çünki falçılar insanları aldadaraq milyonlarla pulunu əlindən alırlar.
İkincisi, dövlətini, millətini sevən ziyalılar təbliğat aparmalıdır və marifləndirici söhbətlər etməlidirlər ki, insanlar belə tələlərə düşməsinlər".