
"Bütün obyektlər yanğın təhlükəsizliyinə dair qaydalara riayət etməlidir" - EKSPERT
Yusif Nəzərli
09:29 22.03.2024
Cəmiyyət
756
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 18 ünvanında yerləşən “Love City” kafesində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a açıqlamasında bildirib ki, bütün təyinatlı obyektlər yanğın təhlükəsizliyinə dair qaydalara ciddi riayət etməlidir: lkin yanğınsöndürmə, xəbardaredici siqnalizasiya vasitələrinin, təxliyyə planlarının mövcudluğu təmin olunmalıdır. Obyektin elektrik təsərrüfatı elektrik qurğularının quraşdırılması qaydasına uyğun olaraq həyata keçirilməlidir. Tez alışa bilən, yanmaya, parçalanmaya meyilli maddələrin saxlanması, daşınması təhlükəsizlik qaydalarına uyğun olmalıdır. Obyektin tavanına, döşəməsinə tez alışa bilən materiallardan, dekorasiya tipli üzlüklərdən istifadə edilməməlidir. Ehtiyyat çıxış qapısının qarşısında hansısa maneə olmamalıdır. İşçilərin sayı 15-dən çoxdursa, könüllü yanğınsöndürmə dəstələri yaradılmalıdır. Obyektin sahibi adı çəkilən qaydaları təşkil etməyə borcludur. Hansısa yanğın riski yarandıqda həmin sistem vaxtında müdaxilə edərək böyük zərərin qarşısını alacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkmənistan və Ermənistan iqtisadi əməkdaşlığı genişləndirir
18:36 01.10.2026
Gündəm
"Bavariya" Noyerə alternativ axtarır
18:29 01.10.2026
Futbol
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya
Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
16:26 01.10.2026
Ekologiya
Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb
16:13 01.10.2026
Media
Tramp ya razılaşma, ya da müharibə variantını ortaya qoyub - ŞƏRH
16:07 01.10.2026
Gündəm
Azərbaycan üç yeni avtomat istehsal edib - FOTO
16:05 01.10.2026
Hərbi
Paşinyan II Qaregini istefaya göndərməyə çalışacaq - RƏY
15:54 01.10.2026
Region
ABŞ Prezidenti Çin liderinin səhhətindən danışdı
15:49 01.10.2026
Dünya
Tramp İranın yenidən bombardman edilməsinə icazə verdi
15:34 01.10.2026
Gündəm