"Gəlin qaynananın süpürgəsidir?" -Sosioloq münasibətlərdən danışdı

Son dövrlərdə yeni ailə quran qızlar qaynana ilə bir yerdə qalmaq istəmirlər. Maraqlısı odur ki, qaynanalar da eyni fikirdədirlər. Amma keçmişdə bu prosses  fərqli idi.                                                                                                                           
Bəs fikirlərin bu cür formalaşmasına səbəb nədir?

Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı bildirib ki, bir evdə yaşyırsansa, evdəkilərin fikirlərinə qarşılıqlı olaraq hörmət etməli və onlara dəyər verməlisən:
  
"Daim konflikt yaranacaqsa, hüzur olmayacaqsa, ayrı evlərdə yaşamaq daha məqsədəuyğundur. Niyyətim ailə qurmaq istəyən qızlara qaynana-qaynatadan ayrı yaşamaq daha yaxşıdır, mesajı vermək deyil. Sadəcə olaraq birlikdən yaşamaq alınmırsa, ailələrin dincliyi üçün hər iki tərəfin razılığı ilə başlanğıcdan ayrı evə çıxmaq daha məsləhətlidir. Doğrudur, indiki dövrdə nə yeni ailə qurmağa hazırlaşan gənclər, nə də ki, qaynana və qaynata birlikdə yaşamağın tərafdarı deyillər. Çünki əksəriyyət rahat həyat tərzindən imtina etmək istəmir. Yaşlı nümayəndələr yeni dünyaya gələcək körpəyə görə, dincliklərini pozmaq istəmirlər. Bunu yaşlılıqla, xəstəliklə, əlaqələndirirlər. Düşünürlər ki, ayrı yaşayaraq mehriban olmaq daha yaxşıdır. Bu səbəbdən kiçik ailə problemləri yaranır. Belə ki, övladı tək başına böyütmək məcburiyyətində qalan qadınların işləri, təhsilləri yarımçıq qalır. Əvvəllər ailə böyükləri ilə qalan xanımlar uşaqlarını onlara əmanət edib işə qayıda bilirdilər. Indi isə baxça yaşını gözləmək məcburiyyətindədirlər. Bu da ailələrə maddi problem yaşadır. Həmçinin Ananın mənəvi-psixoloji vəziyyətində gərginlik yaradır. Beləcə daim evdə uşaqla bir yerdə qalaraq sosiallaşmayan qadınların sayı çoxalır".