Növbəti köç karvanı Füzuliyə çatıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

Sherg.az Axar.az-a istinadən xəbər verir ki, şəhərə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə (153 nəfər) köçürülüb.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Füzuli şəhərinə köçürülən ailələrin ümumi sayı 822-yə (3 132 nəfər) çatacaq.