Bu günə qədər azad edilmiş ərazilərdən ən azı 608 nəfərə aid insan qalığı müəyyən edilib.
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının kütləvi informasiya vasitələri üçün brifinqində Baş Prokurorluğun Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev deyib.
O bildirib ki, insan qalıqlarının aşkar olunması ilə bağlı bir neçə istiqamət var: “Orada bərpa işləri həyata keçirilir. Bu zaman aşkar olunan insan qalıqları ilə bağlı koordinasiyalı şəkildə yaradılmış qrup hadisə yerinə ezam olunur, insan qalıqları aşkar edilir, daha sonra şəxsiyyəti müəyyənləşdirilməsi üçün işlər həyaya keçirilir. Xocalı rayonu ərazisində tikinti işləri zamanı 3 kütləvi məzarlıq aşkar edilib”.