
Rusiya Ermənistanı itirmək istəmir
17:19 01.06.2024
Siyasət
518
Ancaq istənilən halda tərəflərin hansı addım atacağı yaxın günlərdə aydınlaşacaq
Ermənistanda Rusiyanın “Birinci kanalı”nın yayımı bir müddətliyinə dayandırılıb. Ermənistan Yüksək Texnologiyalar Nazirliyinin məlumatına görə, ölkənin daxili siyasətinə hörmətsiz münasibət istənilən kanalların fəaliyyətinin dayandırılmasına səbəb olacaq. Qadağadan bir neçə gün keçəndən sonra kanalın fəaliyyəti bərpa olunsa da, İrəvanın bu hərəkəti Moskvanı əməlli-başlı qəzəbləndirib. Rusiyalı ekspertlər Paşinyan hökumətinin bütün xətləri keçdiyini iddia ediblər. Bununla yanaşı, İrəvan Moskvanın yardım təkliflərini də cavabsız qoyub. Ermənistanda yağan leysan yağışları nəticəsində xüsusilə Lori və Tavuş vilayətlərində ciddi fəsadlar zamanı Rusiya Müdafiə Nazirliyi rəsmi açıqlama yayaraq, dərhal yardım təklif etmişdi. Ermənistandakı 102-ci hərbi bazaya lazımi texnika və canlı qüvvə ilə hazır olmaq tapşırıldığı və İrəvanın təklifi qəbul edəcəyi halda dərhal yardım üçün fəaliyyətə başlayacaqları bildirilmişdi. Lakin Ermənistan, ümumiyyətlə, Rusiya MN-in yardım təklifinə cavab verməyi belə lazım bilməyib. Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya Ermənistandakı səfirini məsləhətləşmələr adı ilə geri çağırmışdı. Əksər şərhçilər bu addımı İrəvan-Moskva gərginliyinin daha da artması kimi dəyərləndirmişdi.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov "Sherg.az"a deyib ki, Rusiya uzun müddətdir Ermənistanda hakimiyyət dəyişikliyi etməyi qarşısına məqsəd qoyub və bu da iki ölkənin münasibətlərini kəskinləşdirib. Ekspertin sözlərinə görə, qarşılıqlı şəkildə aparılan söz dueli də gərginliyin göstəricisidir:

"Paşinyan yaxşı başa düşür ki, ilk fürsətdə Rusiya onu hakimiyyətdən devirəcək. Rusiyalı deputat M.Zatulin son çıxışında bu məsələyə toxundu və vurğuladı ki, Paşinyanın hakimiyyətdə qalması Moskva üçün təhdiddir. Bu da o deməkdir ki, Kreml Paşinyanın hakimiyyətdə qalmasını qətiyyən istəmir. Bunun fərqində olan Paşinyan anti-Rusiya yönümlü addımlarını atmaqda davam edir. Rusiyaya məxsus hərbi kontingenti Ermənistan ərazisindən çıxarmağı planlaşdırır. Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsi Cənubi Qafqazdakı proseslərə də təsirsiz ötüşə bilməz. Gərginlik getdikcə artacaq və bundan nə Ermənistan, nə də Rusiya qazanclı çıxacaq. İstisna edilmir ki, müəyyən müddətdən sonra tərəflər arasında gərginlik səngisin və konsensus əldə edilsin. Bütün əngəllərə baxmayaraq, Paşinyan hakimiyyətini qoruyub saxlayarsa, Moskva Paşinyan administrasiyası ilə yaxınlaşmağa çalışacaq. Çünki Rusiya Ermənistanı itirmək istəmir. Ancaq istənilən halda tərəflərin hansı addım atacağı yaxın günlərdə aydınlaşacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya