Qazax Regional İnkişaf Resursları İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Maliyyə Dəstəyi ilə ”Qazax, Ağstafa və Tovuz rayonlarında ictimai iştirakçılığının artırılmasına dəstək” Layihəsinin icrasına başlayıb.
"Sherg.az"ın məlumatına görə , layihənin əsas məqsəd yerli icmalarda vətəndaş təşəbbüsləri və iştirakçılığının artırılmasına bələdiyyə, yerli hakimiyyət və QHT-lərin dəstəyinin təşkilidir.
Layihə çərçivəsində adı cəkilən rayonların 6 icmasında fəaliyyət göstəriləcək, mövzu ilə bağlı icma üzvləri və vətəndaş fəalları maarifləndiriləcək.
Turan