Qazaxıstan Səhiyyə Nazirliyi: Təyyarə qəzası ilə bağlı briqadalar cəlb olunub, 40 çarpayı ayrılıb

Qazaxıstanın ərazisində Azərbaycanın AZAL Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan təyyarənin qəzaya uğramasından sonra hadisə yerinə Təcili Yardım Xidmətinin 22 və Fövqəladə Hallar üzrə Tibb Mərkəzinin 6 briqadası cəlb olunub.
Bu barədə APA-ya Qazaxıstanın Səhiyyə Nazirliyindən məlumat verilib.

Bu məqsədlə Tibb Mərkəzinin cərrahiyyə, travmotologiya və reanimasiya şöbələrində 40 çarpayı ayrılıb.

Eyni zamanda o da bildirilib ki, mobil briqadalar daha 14 nəfəri digər çatdırıb. Onların da beşinin vəziyyətinin ağır olduğu və reanimasiyaya yerləşdirildiyi bildirilib.

11 yaşlı uşaq və 16 yaşlı yeniyetmə isə Uşaq Xəstəxanasına aparılıb.