Magistraturaya sənəd qəbulu başa çatdı

Magistraturaya sənəd qəbulu başa çatıb.

Axar.az xəbər verir ki, yanvarın 13-dən başlayan sənəd qəbulu prosesində 21 min 924 bakalavr ərizəsini təsdiq edib.

Onlardan 20 min 57-si Azərbaycan bölməsi, 1 867-si isə rus bölməsi üzrə olan şəxslərdir.

Qeyd edək ki, imtahan fevralın 16-da keçiriləcək. İştirakçılar “İmtahana buraxılış vərəqəsi"ni imtahana 4-5 gün qalmış çap edə biləcəklər.