Azərbaycanda “Son zəng”lə bağlı sərt tələblər qoyuldu: Vals və müasir rəqslər qadağan edildi
12:04 10.04.2025
Sosial
493
Azərbaycanın ümumi təhsil müəssisələrinə 2024-2025-ci tədris ilinin “Son zəng” tədbirlərinin keçirilməsini tənzimləyəcək təlimat göndərilib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, builki “Son zəng” tədbirlərində məzunlar da daxil olmaqla bütün şagirdlər məktəbli forması geyinməlidirlər.
Tədbirlər zamanı səsləndirilən musiqilərin seçiminə ciddi nəzarət edilməli, bayağı musiqilərin səsləndirilməsinə yol verilməməlidir.
Eyni zamanda, məzunlar yalnız Azərbaycan milli rəqslərini ifa etməlidirlər. Vals və müasir rəqslər qadağandır. Tar, saz, kamança kimi milli musiqi alətlərinin canlı ifasına üstünlük verilməlidir. Azərbaycan xalq mahnıları və milli rəqslərimiz tədbir proqramına mütləq daxil edilməlidir.
Məktəbin yerləşdiyi bölgənin mədəni xüsusiyyətlərini əks etdirən rəqs və musiqilərə üstünlük verilməlidir.
Təlimatda daha sonra qeyd edilib ki, tədbir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində keçirilməlidir. Həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrində tədbir idman və ya akt zallarında təşkil olunmalıdır. Tədbirin ümumi müddəti 45 dəqiqə ilə məhdudlaşır.
Tədbirdə siyasi, dini, ideoloji simvolların əks olunması da yolverilməz sayılır.
“Son zəng”lə bağlı təlimatın tələblərinin pozulduğu hallar baş verərsə həmin məktəbin rəhbərliyi və digər məsul şəxslərlə bağlı ölçü götürüləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi