Cərimələr 10 dəfə artırılsın: "Yaşıl terror”un qarşısını almaq mümkündür
Yusif Nəzərli
09:52 01.12.2024
Sosial
428
Kütləvi ağackəsmə zamanı isə əmlakı müsadirə olunmaqla həbs cəzası verilməlidir
Qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilir. Milli Məclisin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda - cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Sağlam Cəmiyyət Hərəkatının sədri,“Ekoloq jurnalistlər” İctimai Birliyinin sədr müavini Elçin Bayramlı isə “Sherg.az"a açıqlamasında deyib ki, Bakıda əsas ekoloji böhran yaşıllıqların və ağacların məhv olması ilə bağlıdır. Ekspert hesab edir ki, cərimələr 10 dəfə artırılmalı, kütləvi ağackəsmə zamanı isə əmlakı müsadirə olunmaqla həbs cəzası verilməlidir. Yalnız bu yolla "yaşıl terror”un qarşısını almaq mümkün olar.
Qanunvericiliyə təklif edilən dəyişikliyə gəldikdə isə E.Bayramlı deyib ki, çox “tez”ayılıblar:
“Ölkədəki ağacların yarısı qırılıb qurtarandan, yaşıllıqlar məhv ediləndən sonra “toydan sonra mağar” kimi edilən dəyişikliklərin heç bir effekti olmayacaq. İllərdir ekoloji cinayətlərlə bağlı cərimələrin artırılmasının tərəfdarı olmuşam. İllərdir təklif edirəm ki, cərimələr ən azı 10 dəfə artırılsın, həbs cəzaları kəsilsin. Paytaxtda harada gəldi aparılan tikintilər zamanı ağaclar kəsilir. Kəsmək mümkün olmadıqda isə dibinə kislota və ya digər kimyəvi maddələr tökərək ağacları süni şəkildə qurudurlar. Kəsilən ağaclara görə bəzən sahibkarlara, tikinti şirkətlərinə cərimələr tətbiq edilir. Lakin bu cərimələr kəsilən ağacları geri qaytarmır. Kəsilən ağacların yerinə yeniləri də əkilmir, uzaqbaşı, balaca kollar əkirlər. Sahibkarlar, kafe, restoran sahibləri isə kəsilmiş ağaclara görə ödədikləri cərimədən dəfələrlə artıq pul qazanırlar əlavə sahə, ərazi əldə etməklə. Ərazidə obyekt tikən şəxs oradan ildə 100 min qazanc götürəcəksə, onun üçün bu 3-5 min manatı ödəmək problem deyil. Təklif edirəm ki, cərimələr 10 dəfə artırılsın, kütləvi ağackəsmə zamanı isə əmlakı müsadirə olunmaqla həbs cəzası verilsin. Yalnız bu yolla bu yaşıl terrorun qarşısını almaq mümkün olar”.
Yaxın 1-2 ildə paytaxtımızın ağacsız səhra şəhərinə çevriləcəyini vurğulayan E.Bayramlı deyib ki, sovet dövründə - 80-ci illərdə Bakıda yaşıllığın ümumi həcmi 15 min hektar təşkil edib, hazırda isə təxmini hesablamalara görə, bu rəqəm 7-8 min hektar təşkil edir:
“Bu müddətdə paytaxtda əhalinin sayı 2 dəfə artıb, yaşıllıq sahəsi isə 2 dəfə azalıb, demək, problem 4 dəfə kəskinləşib. Buna görə də paytaxtda və ətrafında böyük yaşıllaşdırma aksiyaları keçirilməlidir, bütün mümkün yerlərdə ağaclar əkilməlidir. Ümumiyyətlə, hansı ərazidə ki əvvəllər yaşıllıq olub, sonradan ağaclar kəsilərək obyektlər, binalar tikilibsə, həmin tikililər sökülməli və yerində yaşıl park salınmalıdır. Həm də ki, yaşıllıqların qırılması ilə bağlı mediada, sosial şəbəkələrdə ictimailəşən məsələlərə dərhal yüksək səviyyədə reaksiya verilməlidir. Yoxsa ki, evinin önündə ağac kəsən vətəndaşla bağlı şikayətə reaksiya verib cərimələyirlər, kütləvi ağac kəsən sahibkarla bağlı şikayətləri isə görmürlər. 2 gün sonra da baxır ki, həmin yerdə tikilən obyekt artıq istifadəyə hazırdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur