
Dənizdə boğulmaların zəlzələ ilə heç bir əlaqəsi yoxdur - SEYSMOLOQ
Yusif Nəzərli
11:03 18.06.2024
Sosial
537
Baş verən zəlzələlər Xəzərin sahil hissələrində çökəkliklər yaradıb.
Xezerxeber.az-ın məlumatına görə, Hövsan qəsəbəsi ərazisində yerləşən çimərlikdə əslində çimmək tövsiyə edilmir, lakin yerli sakinlərin əksəriyyəti bu əraziyə üz tuturlar.
Ekspertlərin sözlərinə görə, nəzarət olmayan belə ərazilərdə çimmək batma təhlükəsini birə-beş artırır.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, aprel ayından etibarən ölkə ərazisində sahilboyu monitorinqlər keçirilir:
“Məqsəd təhlükəli ərazilərin müəyyən edilməsidir. Dalğıclar vasitəsilə sualtı müayinələr aparılır, yarğan, qəfləti dərinlik kimi təhlükələrin vaxtında aşkar edilməsi üçün işlər görülür. Hansı hissədə belə təhlükələr varsa, sualtı nişanlar qoyulur”.

Zəlzələlərdən sonra dənizdə yaranan çuxurlara görə dənizdə batmaların artdığına dair fikirlərə münasibət bildirən seysmoloq Ənvər Əliyev isə “Sherg.az"a açıqlamsında deyib ki, dənizdə boğulmaların, batmaların artmasına bəhanə gətirmək lazım deyil. Bu hadisələrin zəlzələ ilə heç bir əlaqəsi yoxdur.
Ə.Əliyevin sözlərinə görə, Xəzərdə olan 4-5 ballıq zəlzələləri seysmik cihazlar güclə qeydə alır: "O necə dənizin sahilində yarğan, çuxur əmələ gətirə bilər? Zəlzələnin dənizdə yarğan əmələ gətirməsi üçün ən azı 9-10 bal gücündə olmalıdır. 4-5 ballıq təkanlar heç vaxt yer qabığında çatlar əmələ gətirə bilməz, nəinki sahil kənarında çalalar əmələ gətirmək gücündə olsun".
Seysmoloq onu da deyib ki, dalğaların gücündən asılı olaraq relyef dəyişə bilir. Dənizdə nə torpaq, nə daş qatı var. Sadəcə qum var:
“Güclü küləkdə isə şelf zonanın relyefində dəyişiklik baş verə, qum kütləsi yerini dəyişə bilər. Xəzər dənizində şelf zonası sahildən başlayaraq təxminən 100 metr dərinlikdə qurtarır. Dalğalardan əmələ gələn çalalar, burulğanlar dənizin sahil hissəsinə gedib-gəlir, oranın dibini yumağa başlayır. Yəni sahildə suya girən adamın qəfil ayağının dərinə düşməsi bununla bağlıdır. Birdən olur ki, sahilin 20-30 sm, bəzən yarım metr hissəsində qum yoxdur. Bu isə heç bir halda sahildə gəzən adamların boğulması üçün əsas deyil. Həm xeyli vaxtdır Bakıda küləksiz hava şəraiti qeydə alınır. Həm də ki, son illər Xəzərin suyu xeyli geri çəkilib və sahildə dayazlıq hiss olunur. Deməli, çimərlikdə qeydə alınan boğulma faktının arxasında birbaşa insan səhlənkarlığı durur. Nə zəlzələ, nə dalğa, nə də şelf zonaların relyefi bunun bəhanəsi ola bilər. Küləkli havada dənizdə çimmək xəbərdarlığına rəğmən insanlar sudan çıxmırsa, burada dalğanın nə günahı var? Ağlı başında olan adam bilməlidir ki, əlverişsiz hava şəraitində çimərliyə getmək olmaz. Üzə bilməyənlər isə ümumiyyətlə sahildən uzaqlaşmamalıdır. Dənizdə boğulmaların azalmasının bundan başqa yolu yoxdur”.
Zəlzələlərdən əvvəl də Xəzərdə batanların çox olduğunu xatırladan seysmoloq deyib ki, səbəb səhlənkarlıqdır:
"Suyla zarafat eləmək olmaz. Allahın gölməçəsində üzməyi bacarmayan, vannaya belə girə bilməyən adamlar gedib Xəzərdə çimir. Halbuki dənizdə çimməyin öz qayda-qanunu var. Xüsusən də, küləkli havalarda dənizlə ehtiyatlı olmaq lazımdır. Bir balaca külək belə suda olan adamı 1 metrə qabağa aparıb 3 metrə geriyə atır. Necə ki meşəni tanımayan adamı gəzməyə aparıb tək buraxsan azır, eləcə də üzməyi bilməyən adam suya kimi batacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CHP ÖZGÜR olacaq, yoxsa QILINCDAN keçəcək? - TƏHLİL
20:39 26.05.2026
Gündəm
Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olunub
20:26 26.05.2026
Siyasət
Zakir Həsənov Qurban bayramı münasibətilə şəxsi heyəti təbrik etdi
20:15 26.05.2026
Hərbi
İsveçrə Prezidenti Azərbaycan liderini təbrik edib
19:48 26.05.2026
Rəsmi
DİM 17 mayda keçirilən imtahanların nəticələrini elan edib
19:41 26.05.2026
Elm və Təhsil
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
19:29 26.05.2026
Siyasət
Seren Ay Çetindən şok iddia: “Sercan Beyza ilə evlənməyi düşünürdü”
19:19 26.05.2026
Şou
Fransada isti hava faciəyə səbəb oldu: 7 nəfər həyatını itirdi
19:03 26.05.2026
Dünya
İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:54 26.05.2026
Gündəm
Bu yağıntılar başdan-ayağa müəmmadır - Ekoloq Ənvər Əliyev
18:20 26.05.2026
Ekologiya
Makron Azərbaycan Prezidentini təbrik etdi
18:15 26.05.2026
Gündəm
Donald Tramp Prezident İlham Əliyevə təbrik ünvanlayıb
18:01 26.05.2026
Gündəm
Qarabağda köməksiz vəziyyətdə cüyür balası aşkar edildi - FOTO
17:53 26.05.2026
Qarabağ