
Ekspert: “1 manatlıq” taksilər artıq tarixə qovuşacaq -Qiymətlər...
09:43 31.05.2024
Sosial
672
Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.
Axar.az Avtosfer-ə istinadla xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin təsdiq etdiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"də öz əksini tapıb.
Sənəddə qeyd olunub ki, taksi minik avtomobilləri ən azı "Avro-5" ekoloji standartına uyğun olmalıdır. Bundan başqa, dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə "Avtomobil nəqliyyatı haqqında" Qanunla müəyyən edilən buraxılış kartı verilməyəcək.
Qanunda edilmiş dəyişikliklər 2024-cü il iyulun 1-dən qüvvəyə minir. Taksilərə bu cür tələblərin qoyulmasının qiymət artımına səbəb olacağı da deyilir. Maraqlıdır, Bakıətrafı qəsəbələrdən mərkəzə hərəkət edən və paytaxt daxilində fəaliyyət göstərən el arasında dediyimiz "manatlıq taksi"lərin aqibəti necə olacaq?
Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı açıqlamasında bildirib ki, taksi haqqında qəbul edilmiş qərar çərçivəsində taksi fəaliyyəti ilə məşğul olmaq mümkündür:
"Taksilərin keyfiyyətini artırmaq, taksidə olan nöqsanları aradan qaldırmaq üçün taksi haqqında müntəzəm qanunlar qəbul olunur. Bu, məhz taksidə olan nöqsanları aradan qaldırmaqdan dolayı zəruridir. Taksi fəaliyyəti ilə məşğul olmaq üçün sürücülər qeydiyyatdan keçməlidirlər. Ancaq bu halda qanunun tələbinə uyğun şəkildə taksi kimi fəaliyyət göstərə bilərlər. Başqa cür məşğul olsalar, cərimələnəcəklər".
Ekspert vurğulayıb ki, "manatlıq taksi"lərin sürücüləri sırf taksi fəaliyyəti ilə məşğul olan sürücülər deyillər:
"Onlar adətən işə gedərkən yolüstü piyadanı götürüb öz gündəlik xərclərinin müəyyən hissəsini qarşılamağa çalışırlar. Ona görə onlar lisenziya almaqda və ya avtomobilinə taksometr quraşdırmaqda maraqlı deyillər. Lakin qanun qüvvəyə minəndə həmin sürücülərə İnzibatı Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq protokol və cərimə tətbiq ediləcək".
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev “Sherg.az”a bildirib ki, 2024-cü il iyulun 1-nə qədər buraxılış ili 15 ildən çox olan nəqliyyat vasitələri taksi fəaliyyəti ilə məşğul ola bilməyəcək:

“İyulun 1 dən etibarən buraxılış ili 8 ildən çox olan nəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək. Lakin bu isə taksi fəaliyyəti ilə məşğul olan avtomobil sayının kəskin azalmasına səbəb olacaq. Düşünürəm ki, nəqliyyat vasitələrinin sayı azalan kimi qiymətlərində artmasını müşahidə edəcəyik. Gedişat onu göstərir ki, taksi fəaliyyəti ilə məşğul olan istər operator, istərsə də fiziki şəxslər artıq özləri gediş haqqlarını müəyyən edəcəklər. Yəni onlar tələbə görə qiymətləri dəyişə biləcəklər. Təəssüflər olsunki, qiymətlər qalxacaq. Ancaq qiymətin nə qədər qalxdığını hazırda bilmirik. “1 manatlıq” taksilər artıq tarixə qovuşacaq. Onlarında bu fəaliyyət ilə məşğul olması üçün qeydiyyatdan keçərək buraxılış kartı əldə etməsi lazımdır. Hazırda insanlar iş dönüşündən evə qayıdarkən yol üstü 1 manat ödəniş edən müştərilər götürürdülər. Bu qərardan sonra belə hadisələr olmayacaq. Çünki qanunla belə hadisələr qadağandır. Taksi fəaliyyətinə qoyulan qadağalara hər kəs əməl etməlidir. bu qiymətlər “1 manatlıq” taksilərin də gedişinə təsir göstərəcək. Çünki bu fəaliyyət ilə məşğul olan nəqliyyat vasitələri də qoyulan tələblərə cavab verməlidir. Tələblərə cavab vermədikdə isə buraxılış kartı ala bilməyəcək. Buraxılış kartı ala bilməyən “1 manatlıq” taksilərin sayı da kəskin şəkildə azalacaq. Azaldıqda isə tələbə görə, onların da gediş haqqı qiymətlərini qaldıracaqlar.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm
Sabah 26 dərəcə isti olacaq
12:43 01.05.2026
Ekologiya
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
12:24 01.05.2026
Hadisə