Ekspert: Motosiklet, moped və velosiped idxalının qarşısı alına bilməz
Yusif Nəzərli
08:36 21.04.2024
Sosial
1090
Bu nəqliyyat vasitələrinin hesaba alınması, onların uçot dərəcəsinin qeydiyyatının aparılması ilə bağlı işlər görülür
Motosiklet, velosipedlərin idxal gömrük rüsumunun 15 faiz təyin edilməsi istifadəsində bu nəqliyyat vasitələrindən hər hansı biri olan sürücülərin narahatlığına səbəb olub. Belə təsəvvür yaranıb ki, bundan sonra ölkəyə motosiklet və velosipedlərin idxalında problem yaranacaq. Bu, kuryerlik fəaliyyəti ilə məşğul olanları daha çox narahat edir. Nəzərə alsaq ki, son zamanlar paytaxtda velosiped zolaqları çəkilir, velosiped həvəskarları da gündən-günə artır, rüsumların dəyişməsi nə məqsəd daşıyır. Qeyd edək ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, mühərrikinin silindrlərinin işçi həcmi 50 kubsantimetrdən çox olmayan porşenli daxiliyanma mühərrikli motosikletlər (konstruksiyası ilə (və ya texniki göstəriciləri ilə) müəyyən olunan maksimal sürəti saatda 50 km-dən çox olan və digərləri) üçün idxal gömrük rüsumu 15 faiz olacaq. Maksimal sürəti saatda 50 km-dən çox olan elektrik mühərrikli velosipedlər üçün də 15 faiz idxal gömrük rüsumu müəyyənləşib. Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.
İdxal gömrük rüsumuna dəyişikliyi “Sherg.az”a şərh edən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirdi ki, ölkəyə motosiklet, moped, eləcə də velosiped idxalının qarşısı alına bilməz:
- Qərarla bağlı qeyd edim ki, burada məsələ nəqliyyat vasitələrinin – moped, motosiklet, skuter və digər vasitələrin hesaba alınması, onların uçot dərəcəsinin qeydiyyatının aparılması ilə bağlı işlər görülür. Motosiklet və mopedlərin idarə edilməsində vəsiqələrin alınması üçün ötən il kateqoriyalar müəyyən edilməliydi. Qərar stimullaşdırıcı mahiyyət daşıyır. Burada rüsumların ödənməsi, büdcəyə dəstək məqsədi də var. Məlum dəyişikliyin ölkəyə motosiklet və ya mopedlərin gətirilməsini məhdudlaşdıracağını düşünmürəm. Çünki tələbat varsa, təklif də olmalıdır. Və tələbat qarşılanmalıdır. Motosikletlərə, mopedlərə, həmçinin velosipedlərə də tələbat var. Bu nəqliyyat növlərinə ehtiyac hiss edilirsə, vətəndaşların ehtiyacı ödənməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə