Elçin Bayramlı: Məmur hələ bu hadisədən çox yaxşı qurtarıb
12:33 03.07.2024
Sosial
768
Naxçıvanda baş verən şok olayın təfərrüatları üzə çıxıb. Mətbuatda yayılan məlumatlarda Şahbuz rayonunda bir məmurun qulağının kəsilməsi iddia olunurdu.
Medianews.az musavat.coma istinadla xəbər verir ki, bu xüsusda ovqat.com saytı olayın təfərrüatı ilə bağlı yazı paylaşıb.
Həmin yazıda iddia olunur ki, məsələ namus üstündə baş verib, qulağı qonşusu tərəfindən kəsilən Şahbuz İcra Hakimiyyətinin məsul işçisi Söhrab Kərimovdur.
Yazıda iddia olunur ki, qonşusu onun bir yox, iki qulağını birdən kəsib: “Ağlından başqa yerlərini də kəsmək keçirmiş. Ona da təsadüfən yoldan keçən Nurs kəndinin icra nümayəndəsi mane olur. Qonşu məcburən iki qulaqla kifayətlənir və kəsdiyi qulağın birini götürüb, polis idarəsinə gəlib. Polislərə məmuru cəzalandırdığını bildirir və əlində tutduğu qulağı əşyayi-dəlili kimi onlara göstərir. Polis müvafiq tədbirləri görür. Ancaq hadisədən müəyyən zaman keçdiyi üçün qulağı yerinə bərpa etmək mümkün olmur”.
Sayt yazır ki, Şahbuz İcra Hakimiyyətinin məsul işçisi Söhrab Kərimov əvvəl rayonda kafel ustası kimi çalışıb: “Bir gün ona rayon icra başçısının villasının ayaq yolunun kafelini döşəmək işi tapşırılıb. Kafellərin düzülmə şəklindən xeyli məmnun qalan icra başçısı onu öz idarəsində işə götürür. Özü də nə işinə? Şahbuz İcra Hakimiyyətinin inzibati ərazi dairələri ilə iş üzrə şöbə müdiri vəzifəsinə”.
“Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı ''Sherg.az''a bildirib ki, tarix boyu belə ağır cinayətlərə rast gəlinib:
“Bir çox hallarda belə hadisələr ölümlə nəticələnir. Burada səbəbləri araşdırmaq və aradan qaldırmaq lazımdır. Başqasının namusuna sataşmaq ən ağır cinayət sayılır. Belə hallarda sərt cəzalar tətbiq olunmalıdır. Bir insanın həyatını, mənəviyyatını və namusunu təhqir etməkdən ağır cinayət yoxdur. Yaxşı olar ki, belə hallara yol verməsinlər. Hüquqi baxımdan baxsaq qanun cəzalandırmalıdır. Ancaq insanlar görür ki, qanun belə hadisələrdə çox yumşaq cəza verir. Bunu cəza saymaq da olmaz. Ona görə məcbur olurlar ki, layiqli cəzanı özləri versinlər. Məmur hələ bu hadisədən çox yaxşı qurtarıb. Çox vaxt bu ölüm cəzası ilə mükafatlandırılır. Məndə bu cəzanı haqlı hesab edirəm. Son dövrlər Azərbaycanda əxlaqsızlığa, xəyanətə və namussuzluğa görə baş verən bu kimi hadisələrdə cəzalar adekvat olmur. Buna isə insanlar etiraz edərək qəbul etmirlər. Cəzalar da hadisələrə adekvat olmalıdır. İnsanlar görməlidir ki, onların əvəzinə dövlət şərəfini, namusunu qoruyur və qarşıdakı təcavüzçünü ağır cəzalandırır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
11:45 21.10.2026
Elm və Təhsil
Ermənistanda müxalifətə qarşı əməliyyat: 14 nəfər saxlanıldı
11:35 21.10.2026
Dünya
Yaşıl ulduz kəşf edildi
11:25 21.10.2026
Maraqlı
Ordubadın dağlıq ərazilərinə qar yağdı
11:22 21.10.2026
Ekologiya
Ramiz Əzizbəylinin kürəkəni həbs edildi
10:52 21.10.2026
Hadisə
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi
10:50 21.10.2026
Hadisə