Evin qarşısında ağac əkən yox, səkini zəbt edən cərimələnməlidir -RƏY

Həyət evlərinin, darvazaların qarşısında avtomobil saxlanması, hasar boyu, evlərin qarşısında gül, ağac əkilməsinə, evlərin qarşısının hasarlanmasına görə cərimə tətbiq ediləcəyi xəbərləri yayılıb. Çoxmərtəbəli binaların birinci mərtəbələrinin qarşısında icazəsiz gül və ağac əkməyə görə də cərimə tətbiq olunacağı bildirilir. Həmçinin ümumi istifadədə olan yolun, torpaq sahəsinin zəbt edilməsi, avtomobilin evlərin qarşısında saxlanması ilə hərəkət iştirakçıları üçün maneə yaradılırsa, ərazi məhdudlaşdıılırsa, buna görə də cərimə tətbiq olunacaq. Vətəndaş evinin qarşısında, ümumi istifadə üçün nəzərdə tutulan ərazidə gül və ya ağac əkmək istəyirsə, müvafiq icra hakimiyəti orqanının, yerli bələdiyyələrin icazəsi olmalı, onlarla razılşadırmalıdır, bu şərtlə ki ərazi çəpərə alınmasın. Yol vətəndaşın mülkiyyətində deyilsə, oranı zəbt etmək omaz. Amma avtomobilin saxlanması digər nəqliyyat vasitələrinə maneə yaratmırsa, cərimə edilməyəcək. Evin qarşısını qanunsuz zəbt edənlərsə 500 manatdan 800 manatdək, vəzifəli şəxslərsə 1500-2000 manatdək cərimə edilə bilər.  

Cərimə məsələsində anlaşıımazlıq da var. Deyək ki, kiminsə həyətndə avtomobil saxlamaq üçün şərait, lazımi ölçüdə boş sahə yoxdursa, avtomobilini harada saxlasın? Hansısa orqan gəlib irad tutacaq ki, vatomobili saxlamısan, başqalarına mane olursan. Hansı ölçüdə ərazi qalmalıdır, neçə avtomobil üçün sərbəst hərəkət imkanı saxlanmalıdır, bunlara aydınlıq gətirilmirsə, istənilən icra məmuru sabah vətəndaşı cərimə edə biləcək. Digər tərəfdən, vətəndaş, sakin hasar boyu, evinin qarşısında gül, ağac əkməyə görə niyə kimdənsə, hansısa orqandan icazə alınmalıdır? Bu, rüşvətə yol aça bilər. 

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, burada yanaşma doğru qoyulmayıb. Cərimə hansı halda, niyə tətbiq olunmalıdır: 

- Əgər vətəndaş doğrudan da həyətinin çölündə maşın saxlayıbsa, gediş-gəlişə maneçilik törətmirsə, sıxlıq yaratmırsa, niyə cərimə olunmalıdır? Bakıətrafı qəsəbələrdə əsəriyyət həyət evləri, fərdi evlərdir, hərənin öz həyəti, darvazısı var, darvazasının qarşısında maşınını saxlayırsa, burada hansı qanunsuz hərəkət ola bilər və niyə cərimə edilməlidir? Vətəndaş evninin çöl tərəfində, hasarın qarşısında ağac, gül əkirsə, abadlıq yaradırsa, əksinə, belə əməllər təşviq olunmalıdır. Dünyanın hər yerində sakinlər evlərinin qarşısında abadlıq işləri görür, gül-çiçək əkirlər. Bu, çox yaxşı, nümunəvi, təşviq olunası, bəyənilən əməldir. Burada məsələ, kiminsə ümumi istifadədə olacaq səkini və ya yolu zəbt etməsi olmalıdır. Hansı ki hazırda paytaxtımızda səkilərin obyekt sahibləri tərəfindən zəbt olunması adi hala çevrilib. Piyada səkiləri zəbt olunub, insanlar məcburən yolun hərəkət hissəsi ilə addımlamalı olurlar, bu da həyati təhlükə daşıyır. Əgər sakin və ya obyekt sahibi çöxmərtəbəli binanın birinci mərtəbəsinn qarşısını zəbt edirsə, gediş-gəlişə maneə yaradırsa, bəli, bu halda cərimə edilməli və bu cür zəbtolunmalara icazə verilməməlidir.