Həddindən artıq çay içmək bəladır-AÇIQLAMA
Həddindən artıq çay içmək bəladır-AÇIQLAMA
05:31 25.04.2024
Sosial
391
Yüksək təzyiq, əllərin titrəməsi, yuxusuzluq və baş ağrıları gətirir
“Böyrəklərində daş olanlar üçün qara çayın çox istifadə edilməsi həkimlər tərəfindən məsləhət görülmür”
Günə çayla başlayıb çayla davam edirik. Xüsusən də yorğunluğumuzun çıxması, əhval-ruhiyyəmizin yaxşılaşması üçün çay içmədən işə başlamırıq. Çay həm də bizim tanışlıq, ünsiyyət ritualımızdır. “Gəl bir çay içək”lə başlayan münasibətlər var ki, uzun illərin dostluğuna, bəzən evliliyə qədər gedib çıxır. Beləliklə, bir stəkan çay ən xoş təmas və münasibətin başlanğıcına çevrilir.
Lakin çay içməyin ləzzəti və faydası ilə yanaşı, zərərləri də vardır. Çayın faydaları elmi olaraq bilinsə də, həddindən artıq istifadə edildikdə və ya kofein kimi maddələrə həssas olan insanlarda da zərərli içkiyə çevrilə bilər.
Çin alimləri çayla xərçəng xəstəliyi arasında əlaqəni sübut edən çoxillik araşdırmalarına yekun vurublar. Nəticələr qara çayın siqaret qədər ağciyər xərçənginə səbəb olduğunu sübut edib.
Əslində, çay bitkisi antioksidant təsiri ilə faydalıdır və bu barədə alimlər qəti fikir bildirib. Amma yenə də onun zərərli olduğu məqamlar var.
Alimlər qara çayın çox içildikdə və siqaret çəkən insanlarda ağciyər xərçəngi yaratması sübut olunub. Anma onun təsiri siqaretdən 2 dəfə azdır.
Ona görə də xərçəng profilaktikasında müəyyən qrup insanlar müəyyən yaşdan sonra qara çay içilməsini azaltmalıdır. Amma ilk növbədə siqaretdən tam imtina etmək lazımdır.
Terapevt-qastroenteroloq Sevindik Arazov isə hesab edir ki, çayın həddindən artıq istehlakı nəticəsində yüksək təzyiq, əllərin titrəməsi, yuxusuzluq və baş ağrısı ortaya çıxır. Həmçinin sinir sistemində narahatlıqlara, əsəb pozğunluğuna, gərginliyə, həyəcana səbəb olur:
“Böyrəklərində daş olanlar üçün qara çayın şox istifadə edilməsi həkimlər tərəfindən məsləhət görülmür. Həddindən artıq qara çay istifadəsi, həmçinin dəmli içməyi sevənlər üçün daha təhlükəli nəticələrə yol açır. Bunlardan biri də hipertoniyadır. Qara çayın çox miqdarda istifadəsi və çox isti içilməsi boğaz xərçəngi riskini də artırır. Revmatik narahatlıqları olan şəxslər üzərində də bir çox mənfi təsirləri var. Onu da deyim ki, həddən artıq çay içmək, dəmir əskikliyi və qansızlığa səbəb olur. Dəmir əskikliyinin əlamətləri isə yorğunluq, qəbizlik, üşümə, aybaşı nizamsızlığıdır. Qara çay bağırsaqdakı dəmir sovrulmasını azaldır və hərəkətləri yavaşladıb qəbizliyə səbəb ola bilər. Ən yaxşı üsul isə hər gün bir stəkan içdiyiniz çayı azaldın, əvəzinə bir stəkan su için. Görəcəksiniz ki, bir neçə gündən sonra özünüzü daha rahat hiss edəcəksiniz və qəbizlik probleminiz həll olunacaqdır”.
Həkimin sözlərinə görə, çaydan qədərindən artıq istifadə insulin müqavimətini artırır. İnsulin müqaviməti xəstəliyi isə qaraciyər və mədəaltı vəzin sağlam işləməməsinin bir göstəricisidir. Həddən artıq miqdarda qara çay içmək insulin müqaviməti xəstəliyinə mənfi təsir göstərir və sağalmasını gecikdirir. Bu səbəbdən, qaraciyər xəstəliyi və ya insulin müqaviməti varsa, dərhal içdiyiniz qara çay miqdarını azaltmalı və istifadə etməməlisiniz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib
17:53 19.12.2025
Gündəm
Azərbaycanda ov mövsümü açılır
17:38 19.12.2025
Cəmiyyət
Meyxanaçı Kərimin dəfn yeri açıqlandı - YENİLƏNDİ
17:19 19.12.2025
Mədəniyyət
"Fənərbağça" ulduz futbolçu ilə güclənəcək
16:34 19.12.2025
Futbol
İran səfiri İsveç XİN-ə çağırılıb
16:34 19.12.2025
Dünya
Meyxanaçı Ağakərim vəfat edib
16:31 19.12.2025
Mədəniyyət
İran heç bir ölkədə olmayan nüvə silahı yaratmaq istəyib - “Ynet”
15:51 19.12.2025
Dünya
Rusiya lideri: Artıq münaqişə istəmirik, sülhə hazırıq
15:44 19.12.2025
Dünya
İŞİD-ə qoşulmaq istəyirdi, DTX həbsə göndərdi
14:59 19.12.2025
Hadisə
Makron: “Putinlə görüşməli olacağıq”
14:50 19.12.2025
Dünya
Beyləqanda azyaşlı quyuya düşərək ölüb
14:45 19.12.2025
Hadisə
Fatih Ürek yaşam mücadiləsi verir: Meneceri açıqladı
14:11 19.12.2025
Şou
Ukrayna üçün razılıq əldə olundu: 90 milyard avro ayrılacaq
14:00 19.12.2025
Dünya
Sahibə Qafarova Milli Məclisin növbəti iclasının tarixini açıqladı
13:55 19.12.2025
Gündəm
20 dəqiqəlik çıxışında 700 dəfədən çox “mən” sözünü işlədib
13:52 19.12.2025
Gündəm