Hər ay həyatla mübarizə aparan körpə: 1200 manatlıq iynə, 1500 manatlıq protez - Ana fəryad edir

İrdi körpəlik dövründə pnevmoniya keçirib. Bu xəstəlik nəticəsində qulaqlarının birinin pərdəsi deşilib. Hazırda o, hər ay müalicələr alır, masaj və idman terapiyalarına cəlb olunur. Uşaq həm də ağır formalı epilepsiya və qıcolmalarla mübarizə aparır.

Bədəninin daim gərgin vəziyyətdə olması səbəbindən həkimlər tərəfindən əzələ spazmlarına qarşı botoks iynələri vurulur. Lakin bu iynələr dövlət tərəfindən qarşılanmır və hər biri 1200 manat təşkil edir. Üstəlik, bu müalicə davamlı şəkildə aparılmalıdır.

Sonuncu iynə vurulduqdan sonra uşağa əlavə olaraq masaj və reabilitasiya məşqləri tətbiq olunub. Həkim, beldən ayaq ucuna qədər uzanan xüsusi ortopedik protez ayaqqabı yazıb. Bu protez uşağın vəziyyəti üçün olduqca vacibdir və ailəyə 1500 manata başa gəlib. Protez Bakıda yerləşən ortopedik mərkəzdə hazırlanıb və bununla bağlı bütün ödəniş qəbzləri mövcuddur.

Uşağın bütün tibbi sənədləri, diaqnozları və həkim rəyləri də tam şəkildə mövcuddur və istənilən şəxsə təqdim oluna bilər. Buna baxmayaraq, uşağın ayaqları hələ də gərgin vəziyyətdədir. Onun mütləq şəkildə yenidən masaj və idman terapiyalarına başlaması lazımdır ki, əzələlər yumşalsın və protez ayaqqabını rahat istifadə edə bilsin.

Lakin ailənin maddi imkanı bu müalicələri davam etdirməyə çatmır. Masaj və reabilitasiya məşqlərinin bir günü 20 manatdır və ev şəraitində həyata keçirilir.

Ana çarəsizlik içində insanlara səslənir:

“Bir ana olaraq sizdən yalvarıram, Allah rizası üçün balama kömək edin. Gücünüz çatan qədər dəstək olun ki, müalicəni davam etdirə bilək. Uşağım hər ay bu müalicələrlə həyata bağlanır. Bir ay belə müalicə dayanarsa, vəziyyəti ağırlaşır, qıcolmaları artır və həyat fəaliyyəti zəifləyir. Biz valideyn olaraq əlimizdən gələn hər şeyi etmişik və etməyə davam edəcəyik.”

Uşağı görmək, onun vəziyyəti ilə tanış olmaq və ya müalicə edən həkimlə əlaqə saxlamaq istəyənlər aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərlər. Bütün sənədlər və ödəniş qəbzləri təqdim oluna bilər.

📞 Əlaqə nömrəsi: 055 661 37 81 (WhatsApp aktivdir)

💳 Kart nömrəsi: 4169 7388 5291 6208 (Kapital Bank)

“Allah rizası üçün biganə qalmayın -bir körpənin həyatına ümid olun!”