
İctimai nəqliyatda güzəştlər: Proses nəqliyyat sistemi tənzimləyən qurumlardan asılı deyil -RƏY
11:58 03.07.2024
Sosial
649
İctimai nəqliyyatda keyfiyyətin və səmərəliliyin yüksəldilməsi ilə yanaşı ödəniş vasitələrinin və metodlarının da beynəlxalq standartlara tam uyğunlaşdırılması vacibdir. Etiraf etmək lazımdır ki, son illər ictimai nəqliyyat sektorunda institutsional islahatlar dərinləşib. Bununla yanaşı, bütün inkişaf etmiş dövlətlərdə olduğu kimi bizdə də bu sahə uzun müddətli islahatlar tələb edən sektordur.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
"Əksər inkişaf etmiş ölkələrdə o cümlədən qardaş Türkiyədə ictima nəqliyyatda differensial qiymətlər tətbiq edilir. Cəmiyyətinin sosial müdafiəyəyə daha çox ehtiyacı olan təbəqləri güzəştli qiymətlər ilə nəqliyyatdan istifadə edə bilərlər. Bu baxımdan Azərbaycanda da oxşar praktikanın tətbiq edilməsinə ehtiyac var. Əksər ölkələrdə olduğu kimi tələbələr üçün güzəştli qiymətlər ilə Tələbə Nəqliyyat Kartının tətbiqi mümkündür. Bu zaman tələbələrin müəyyən güzəştlə ictimai nəqliyyatdan istifadəsi məqsədəuyğun olardı.
Tələbələrin elektron bazasının yaradılması qısa zamanda mümkündür və həmin baza əsasında kartların satışı həyata keçirilə bilər. Həmin kartlardan başqalarının istifadə etməməsi üçün isə maliyyə cəriməsi daxil olmaqla güzəştli hüququn itirilməsi kimi cəzaların müəyyənləşdirilməsi mümkündür. Prosesə şəffaf nəzarət bu şərtlər daxilində kartlardan başqalarının istifadə etməsinin qarşısını almış olar.
İkincisi, gündəlik, həftəlik və aylıq kartların tətbiqinə ehtiyac var. Bu zaman müddətindən asılı olaraq 10-30 faiz intervalında güzəştlər tətbiq edilə bilər. Bu vətəndaşın müddətli kartdan faydalanmaqla aşağı qiymətə ictimai nəqliyyatdan istifadə etməsinə imkan verməklə yanaşı nəqliyyat qurumlarına birdəfəlik gəlirlərin daxil olmasıma şərait yaradacaq. Nəticədə, ictimai nəqliyyata məsul olan qurumlar bununla da çevik sərmayə imkanlarını genişləndirə biləcəklər. Bir sıra ölkələrdə mövsümü güzəştlər də tətbiq olunur və güman edirik ki, bu güzəştlərdən gələcəkdə istifadə oluna bilər.
Bütövlükdə, differensial tarif sisteminin ölkəmizdə də tətbiqi sosial müdafiəyəyə ehtiyacı olan qrupların nəqliyyat xərclərini azaltmaqla yanaşı, nəqliyyat şirkətləri üçün birdəfəlik vəsait cəlb etmə və bu kontekstdən səmrayə imkanlarını da artıra bilər", - deyə V.Bayramov qeyd edib.
Nəqliyyat eksperti Eldəniz Cəfərov “Sherg.az”a bildirib ki, bu güzəştlər müxtəlif ölkələrdə var:

“Vaxtı ilə Azərbaycanda da təqaüdçülər, tələbələr, əlil və digər şəxslər üçün də güzəştlər olub. Hazırda bizim ictimai nəqliyyatın şaxələnməsi və standartlaşması prosesi gedir. Ümumiyyətlə proseslər tamamlandıqdan və ictimai nəqliyyatı tam reysə qoyduqdan sonra güzəştlər barədə də düşünmək olar. Hazırda güzəştlər altı yaşına çatmamış uşaqlara və polislərə şamil edilir. Gələcəkdə ola bilər ki, güzəştlər artırılsın və gündəlik, həftəlik, aylıq paketlər tətbiq edilsin. Bu məsələ artıq Parlament səviyyəsində müzakirəyə çıxarıla və həll edilə bilər. Bunun üçün ayrıca qanun layihəsi də hazırlanmalıdır. Proses nəqliyyat sistemi tənzimləyən qurumlardan asılı deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Macarıstanda keçmiş nazir saxlanıldı
14:38 21.10.2026
Dünya
Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq
14:35 21.10.2026
Gündəm
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
11:45 21.10.2026
Elm və Təhsil
Ermənistanda müxalifətə qarşı əməliyyat: 14 nəfər saxlanıldı
11:35 21.10.2026
Dünya
Yaşıl ulduz kəşf edildi
11:25 21.10.2026
Maraqlı
Ordubadın dağlıq ərazilərinə qar yağdı
11:22 21.10.2026
Ekologiya