Kartdan karta ödəniş, sahibkarın vergidən dövriyyəni gizlətmək cəhdidir -İQTİSADÇI
11:21 07.06.2024
Sosial
634
Son dövrlərdə pərakəndə ticarət və iaşə obyektlərində bəzi hallarda nağdsız ödənişlərin POS-terminal deyil, plastik kartlar vasitəsilə kartdan karta köçürmə əməliyyatları tətbiq olunmaqla həyata keçirildiyi müşahidə edilməkdədir.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.
Qurum bəyan edib ki, pərakəndə ticarət və iaşə obyektlərində ödənişlərin kartdan karta köçürmə əməliyyatları ilə həyata keçirilməsi istehlakçıların hüquqlarının pozulmasıdır:
"Belə hallarda istehlakçılara POS-terminaldan çıxarış və nəzarət-kassa aparatı çeki təqdim olunmur ki, bu da gələcəkdə istehlakçıların öz hüquqlarını tələb etmək imkanını məhdudlaşdırır. Eyni zamanda, belə hallar mal, iş və xidmətlər əlavə dəyər vergisi ödəyicilərindən alınarkən istehlakçıların “ƏDV geri al” hüququndan məhrum olması ilə nəticələnir. Bu qanun pozuntusu vergidənyayınma məqsədi daşıyır və belə əməliyyatlara yol verən vergi ödəyicilərinə vergi orqanı tərəfindən əlavə vergilər, faizlər hesablana və maliyyə sanksiyaları tətbiq oluna bilər".
"Dövlət Vergi Xidməti vətəndaşları mal, iş və xidmətlər alarkən nağdsız ödənişləri kardan karta köçürmə əməliyyatları ilə deyil, yalnız POS-terminal tələb etməklə həyata keçirməyə çağırır. Sahibkarlara isə Vergi Məcəlləsində nəzərdə tutulan əlavə maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödənişləri qanunvericiliyin tələblərinə əsasən, yalnız POS-terminal vasitəsilə qəbul etmək tövsiyə olunur", - deyə açıqlamada qeyd olunub.
İqtisadçı ekspert Xalid Kərimli "Sherg.az"a bildirib ki, qanun vətəndaşın ölkə daxilində manatla ödəniş etmək hüququna malik olduğunu bildirir:
“İnsanlar ödənişin formasını seçmək hüququna malikdir. İstər nağd, istərsə də kartla ödəniş edə bilərlər. Ümumiyyətlə isə bəzi ödəmələr nağdsız edilməlidir. Tibb xidmətində 400-500 manat, mebel alışında isə 4 min manatdan yuxarı məbləğ köçürülmə yolu ilə həyata keçirilir. Pərakəndə ticarət mağazalarında hər iki formada ödəniş bərabərhüquqludur. Birincisi vətəndaş ödənişi edibsə, qəbz almalıdır. Ödəniş kartla edilməlidir ki, təyinatı nə üçün verdiyini bildirsin. Daha sonra sübut etmək olmur. Ancaq post terminal ilə ödəniş etdikdə isə bəlli olur ki, hansı müəssisəyə ödəniş edilib. Kartdan karta ödəniş zamanı isə insanların hüquqları pozulur, kəşbekdən istifadə edə bilmir, ƏDV qəbzi və qəbz ala bilmədikdə isə müəyyən problemlər yaranaraq həmin şəxsdən pul tələb edə bilərlər. Belə halların qarşısının alınması üçün cərimələrin tətbiq edilməsi düzgün qərardır. Kartdan karta ödəniş, sahibkarın vergidən dövriyyəni gizlətmək cəhdidir. Bunları edən şəxslər 2 min, 4 min və 6 min manat civarında cərimələnir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm
Sabah 26 dərəcə isti olacaq
12:43 01.05.2026
Ekologiya
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
12:24 01.05.2026
Hadisə
Kanalizasiya borularını oğurlayanlar saxlanıldı
11:49 01.05.2026
Hadisə
Azərbaycanda yeni virus yayılıb? - Nazirlik
11:44 01.05.2026
Sağlamlıq