
kişilər ailədə zorakılıq gördüyünü etiraf etmirlər, çünki bu, ətrafın stiqmasına səbəb olur -Sosioloq
11:28 17.02.2025
Sosial
501
Bəzən də olur ki, bəzi kişilər ətrafda hər kəs bildiyi üçün həyat yoldaşı tərəfindən döyüldüyünü etiraf edir
Ötən il Azərbaycanda 58 kişi gender əsaslı zorakılığa məruz qalıb.
Bununla bağlı məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında öz əksini tapıb.
Bildirilib ki, 2024-cü ilin yanvar-dekabr aylarında 860 Gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə 330 müraciət daxil olub. Onlardan 58-i kişi, 272-si isə qadınlar tərəfindən edilib.
Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı söyləyib ki, ailədə zorakılıq hallarından danışanda zorakılığı birmənalı olaraq kişilərin tətbiq etdiyini düşnürük:

“Amma bəzən əksi də olur. Kişilik artıq uzun illərdir ki, sosial tədqiqatlarda araşdırılmayan, ictimai mövzularda toxunulmayan, müzakirə edilməyən qavram olub. Hətta gender tədqiqatları qadınlar üzərində cəmlənir, daha çox qadın hüquqları müdafiə edilir. Halbuki gender bərabərliyi və haqları hər iki cinsin üzərində eyni dərəcədə təmin edilməlidir. Qadınların zorakılıq görmədiyi hallarda belə cəmiyyətdə “qurban” mövqeyində olması, kişilərin güclü təqdimatı səbəbi ilə istər-istəməz zorakılıq göstərən tərəf kimi qələmə verilməsini normallaşdırılıb. Cəmiyyət unudur ki, gender anlayışı təkcə qadınların yox, həm də kişilərin haqlarının müdafiəsi, bərəbərliyinin təminatı deməkdir. Etiraf etməsələr də bəzən onlar da döyülür, söyülür, təhqir edilir. Bir neçə ildir ki, statistik məlumatlarda kişilərin zorakılıq qurbanları olması ilə bağlı rəqəmlər də əks olunur. Adətən kişilər ailədə zorakılıq gördüyünü etiraf etmirlər, çünki bu, ətrafın stiqmasına səbəb olur. Amma bəzən də olur ki, bəzi kişilər ətrafda hər kəs bildiyi üçün həyat yoldaşı tərəfindən döyüldüyünü etiraf edir. Kişilərin zorakılıq görməsinin başqa səbəblər də var. Bunlar maddi vəziyyətin zəifyiyi, psixoloji durum, həyatından narazı olması və.s dir. Bizim cəmiyyətdə əvvəllər kişinin zorakılığa məruz qalması nadir müşahidə edilsə də, artıq sıradan, adi bir hala çevrilib. Düzdür, onlar qadınlar kimi döyülmür, işgəncəyə məruz qalmır, daha çox mənəvi zorakılığa məruz qalırlar. Amma zorakılıq elə zorakılıqdır, fiziki, mənəvi, psixoloji, iqtisadi – hansı cür olursa olsun. Zorakılığa məruz qalan da, zorakılığı tətbiq edən də kim olursa-olsun, hansı cinsdən olursa olsun, qınanılmalı, stiqmaya məruz qoyulmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
14:09 12.11.2026
Futbol
Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
13:54 12.11.2026
Gündəm
İrəvan TRİPP-ə görə bu qanunu dəyişir
13:52 12.11.2026
Gündəm
Daxili Qoşunların keçmiş komandanına ağır itki
13:37 12.11.2026
Hadisə
Generalın qızı hakim qarşısına çıxarılır
13:27 12.11.2026
Hadisə
Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
12:52 12.11.2026
Mədəniyyət
Valentina Matviyenko Ermənistana xəbərdarlıq etdi
12:50 12.11.2026
Dünya
Sabah 20 dərəcə isti olacaq
12:31 12.11.2026
Ekologiya