
Kredit və aliment borcu olanlar Qarabağa buraxılmır -RƏY
Kredit və aliment borcu olanlar Qarabağa buraxılmır -RƏY
Yusif Nəzərli
11:30 11.08.2024
Sosial
461
Vətəndaşlar portalda qeydiyyatdan keçir, bilet sifariş edirlər. Bu şəxslərin axtarışda olduğu niyə portalda üzə çıxmır?
“Borca görə, ya hansısa başqa məsələyə görə axtarışda olan şəxs portalda qeydiyyatdan keçmək istədikdə bloklanmalıdır. Deməli, burada nəsə bir boşluq var”
Kredit və aliment gecikməsinə görə axtarışda olan şəxslər Qarabağa səyahət zamanı postdan buraxılmırlar. Bununla bağlı “Xəzər TV”də reportaj yayımlanıb. Bildirilib ki, belə bir xəbərdarlıq Qarabağa tur təşkil edən əksər şirkətlər tərəfindən bəyan edilib. Xəbərdarlıqda bildirilir ki, həmin şəxs postdan buraxılmadığı təqdirdə etdiyi ödəniş geri qaytarılmayacaq. Turizm üzrə ekspert və tur təşkilatçısı Fariz Bəşirov deyib ki, bəzi vətəndaşlar axtarışda olduqlarına rəğmən, turlara qoşulurlar və posta çatanda isə polis əməkdaşları tərəfindən saxlanıldıqda birbaşa tur şirkətini günahlandırırlar. Bu səbəbdən də Qarabağa səyahət təşkil edən turistik şirkətlər əvvəlcədən vətəndaşlara xəbərdarlıq edir. Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyindən bildirilib ki, axtarışda olan şəxs məkanından asılı olmayaraq polis əməkdaşı tərəfindən aşkarlanırsa, axtarışa verildiyi rayon üzrə təhvil verilir. Nurlan Əliyev əlavə edib ki, axtarışda olan şəxs turla və ya tək getməsindən asılı olmayaraq, nəzarət keçid məntəqələrində saxlanılaraq aidiyyəti üzrə təhvil verilir.
Maraqlıdır, respublikamızın digər bölgələrinə səyahətlər zamanı da kredit və ya aliment borcuna görə vətəndaşlar polis tərəfindən saxlanırmı?
İqtisadçı Fuad İbrahimov yaranmış vəziyyəti “Sherg.az”a şərh edib. İqtisadçı qeyd etdi ki, respublikamızın digər bölgələrinə səyahətlər zamanı hər hansı kütləvi və ya icbari formada sənədlərin yoxlanması proseduru tətbiq edilmir:

- Digər bölgələrdə belə yoxlanışlar aparılmır. Bu cür yoxlanışlar yalnız işğaldan azad olunmuş ərazilərdədir. Bunun da əsaslı səbəbləri var. İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi hələ də qalmaqdadır. İndiyədək dəfələrlə olub ki, sıravi vətəndaşlar minaya düşərək həyatlarını itiriblər. Belə hallar, əsasən icazəsiz səfərlər, qadağan olunmuş ərazilərə, minalardan tam təmizlənməmiş ərazilərə insanlarımızın ayaq basması nəticəsində baş verir. Nə qədər deyilsə də ki martşrutdan kənara çıxmaq olmaz, hara getməyə icazə varsa, ora gedilsin, yenə də insanlarımız bəzən məsuliyyətsiz davranır, bəzən də kimlərsə doğma yurdunu, dağılmış evini ziyarət etməyə can atır, buna görə insanları çox da qınamaq olmur. Amma qanun, qayda hamı üçündür. Hansısa əraziyə keçməyə icazə verilmirsə, bu, sırf təhlükəsizlik baxımından edilir. Digər tərəfdən, işğaldan azad edilmiş ərazilərimizdə irimiqyaslı layihələr bu gün də davam edir. Minaların zərərsizləşdirilməsi prosesi də aparılır. Proses bitməyənədək təhlükə ehtimalı qalır və vətəndaşlar ehtiyatlı olmalıdırlar. Amma qəribə burasıdır ki, Qarabağa səfər etmək üçün vətəndaşlar portalda qeydiyyatdan keçir, bilet sifariş edirlər. Bu şəxslərin axtarışda olduğu niyə portalda üzə çıxmır? Bəri başdan bilinməlidir bu. Vətəndaş şəxsiyyət vəsiqəsini onlayn təqdim etməklə portalda qeydiyyatdan keçir, bilet sifariş edir, bilet alır, yola düşür, gedib keçid məntəqəsinə çatanda polis onu saxlayır ki, sən axtarışdasan, kredit, aliment borcun var. Polisin vətəndaşı saxlamasında qeyri-qanuni hal yoxdur. Polis vəzifəsini yerinə yetirir. Amma olmaz ki, bu məsələ elə əvvəldən həllini tapsın? Borca görə, ya hansısa başqa məsələyə görə axtarışda olan şəxs portalda qeydiyyatdan keçmək istədikdə bloklanmalıdır. Deməli, burada nəsə bir boşluq var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Niderlandda ən gənc baş nazir and içdi
21:47 23.02.2026
Dünya
Tramp yenə hədələyib: “Ədalətsiz ölkələr daha pisini görəcək”
21:34 23.02.2026
Gündəm
Qızıl və gümüş yenə bahalaşdı
21:33 23.02.2026
İqtisadiyyat
Dövlət uşaqların himayəsini ailələrə qaytarmağa çalışır - EKSPERT
21:20 23.02.2026
Aktual
Slovakiya Ukraynaya elektrik enerjisinin verilməsini dayandırıb
21:11 23.02.2026
Dünya
Pelin 12 illik ərindən ayrılır!
21:00 23.02.2026
Şou
Trampın iqamətgahında zərərsizləşdirilən gənc rəssam imiş
20:43 23.02.2026
Dünya
Zelenski sabiq baş komandan Zalujnıya cavab verib
20:35 23.02.2026
Dünya
Müharibə qazanılmasa, təbliğat faydasızdır - EKSPERT
20:15 23.02.2026
Gündəm
“Qəlb cəbhəsi” kitabı SDU-da təqdim olunub -FOTO
19:53 23.02.2026
Ədəbiyyat
Ukrayna Müdafiə Nazirliyi səfərbərlik islahatı elan etdi
19:29 23.02.2026
Dünya
Tramp Meksikanı narkokartellərlə mübarizəni gücləndirməyə çağırıb
19:20 23.02.2026
Dünya
Mingəçevirdə ər arvadını bıçaqlayıb
19:12 23.02.2026
Hadisə
Aİ Trampın yeni "qlobal tarif"ini tənqid etdi
18:56 23.02.2026
Dünya
ABŞ səfirliyi Livandakı əməkdaşlarını təxliyə edir
18:33 23.02.2026
Dünya