Mehriban Zeynalova millət vəkilinə etiraz etdi: Ailə modelini sığınacaqlar dağıtmır
05:21 24.10.2024
Sosial
525
Sığınacaqlar, əksinə, mövcud təhlükəni aradan qaldırır
“Azərbaycana qarşı aparılan təhdidlərdən biri də qadın və uşaqlarla bağlı sığınacaqların açılması ilə bağlı olan qrantlarla bağlıdır”. Bu fikri deputat Məlahət İbrahimqızı Milli Məclisdə "Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsinin müzakirəsi zamanı bildirib. Xanım millət vəkili qeyd edib ki, ölkə daxilində mülki müqavilə əsasında bəzi şəxslər qrantlar alır. Bunu Azərbaycana təhdid kimi anlamaq lazımdır: “Həmin şəxslər qadın və uşaqların sığınacaqlara yerləşdirməsi adı ilə sığınacaq açmaq üçün qrantlar alır. Bu, ailə institutumuzun təhlükə altına salınması risklərini artırır. Təklif edirəm ki, qrant haqqında qanuna təkrar baxılsın. Daha ciddi təkmilləşdirilmələrə ehtiyac var".
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a açıqlamasında xanım deputatın ciddi sosial problemə bu formada yanaşmasının təəssüf doğurduğunu bildirdi:
- Məsələ ondadır ki, “İnsan alverinə qarşı mübarizə haqqında” Qanun və “Məişət zorakılığının qarşısının alınması haqqında Qanunun 13. 14, 15, 19 maddələrində birbaşa sığınacaqların fəaliyyəti haqqında məlumat verilir və sığınacaqlar gender əsaslı zorakılıqla mübarizədə əsas iştirakçı tərəf hesab olunurlar. Mən təəccüb edirəm ki, qəbul edilmiş qanunun oxunuşunda iştirak etmiş şəxslər bunu yaxşı bildikləri halda (hər halda bilməlidirlər), məsələyə bu formada qeyri-adekvat yanaşırlar. O ki qaldı ailələrin qorunmasına, yaxud belə deyək, ailə modelinin məhv olmasına, bəyəm sığınacaqlar dağıdır ailəni? Sığınacaqlar, əksinə, mövcud təhlükəni aradan qaldırır.
Ona qalsa, ailələrin dağılmasına təsir edən amillər barədə uzun bir siyahı hazırlamaq olar. Bilirsiz, məsələyə bu kontekstdən yanaşılması təəssüf doğurur. “Qrant haqqında qanun”la bağlı başqa müzakirə ediləsi mövzu yox idimi? Əgər deputat xanım hesab edirsə ki, məhz sığınacaqlar dağıdır ailəni, onda bir zəhmət, yeni ailə modeli, yaxud ənənəvi ailə modelinin qorunması haqqında konsepsiyasını səsləndirsin. Elə bir konsepsiya ki, qəbul etdikləri digər qanunlarla ziddiyyət təşkil etməsin.
M.Zeynalova qeyd etdi ki, mülki müqavilə əsasında qrant alınmasından narahatlıq varsa, o zaman deputatların qrant müsabiqələrində iştirakı, qrantla bağlı müraciətlərinin dayandırılması müzakirə edilsin. Ölkədə qrant layihələri alan deputatlar çoxdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya
Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan
19:45 18.09.2026
Cənubi Qafqaz
“Neftçi” yubiley oyununda Qəbələdən qələbə ilə ayrıldı
19:36 18.09.2026
Futbol
Narkotik araşdırmasında məşhurlardan 21 nəfər saxlanılıb
19:02 18.09.2026
Hadisə