
“Moped sürücüləri üçün sürücülük vəsiqəsi tələbi tamamilə doğrudur” - Ekspert
14:30 13.10.2025
Sosial
459
Azərbaycanda 3 ay sonra moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli də Sherg.az-a açıqlamasında moped sürücülərindən sürücülük vəsiqəsi tələbini düzgün qərar kimi dəyərləndirib. Onun sözlərinə görə, indi moped deyilir, əslində isə bu motosikletdir. Və ayrıca kateqoriyaya daxildir: “Necə ki, yüksəktonnajlı avtomobillər, sərnişindaşıma vasitələri, yük avtomobilləri, hətta qoşqulu motosikletlər – hər biri ayrıca kateqoriyadır və bu nəqliyyat vasitələrinin idarə edilməsi üçün imtahan verib sürücülük vəsiqəsi əldə edirlər, eləcə də mopedləri idarə edənlərin sürücülük vəsiqəsi olmalıdır. Amma təbii ki, sürücülük vəsiqəsi almaq üçün keçirilən imtahanda hər bir kateqoriya üzrə suallar fərqli olmalıdır. Moped sürücüsünə ictimai nəqliyyatı idarə etməyə iddialı şəxsə veriləcək sualların verilməsi düzgün olmaz. Moped sürücüləri üçün imtahan suallarının sadələşdirilməsi vacibdir. Bu, onların sürücülük vəsiqəsini qısa zamanda əldə etməsinə kömək edər. Süründürməçilik lazım deyil”
Hazırda dünyada onlayn və sürətli çatdırılma xidməti tendensiyasının yayıldığını xatırladan İ. Hüseynli qeyd edib ki, 24 saat, fasiləsiz bu xidmət sektoru işləyir:
“Bunu zaman tələb edir. İnsanlar evdə, iş yerində olduqları halda sifariş verir və sifarişlərinin tez bir zamanda çatdırılmasını tələb edirlər. Moped sürücüləri də həyatlarını riskə ataraq sifarişi mümkün qədər tez çatdırmağa çalışır. Bu, əmək bazarının inkişafına, yeni iş yerlənin yaranmasına, insanların işlə təmin edilməsinə də kömək edir. Amma əlbəttə ki, bu, kimsəyə yol hərəkəti qaydalarını pozmağa, digərlərinin həyatını təhlükəyə atmağa əsas vermir. “Yol hərəkəti qaydaları”na zəruri dəyişikliklər də məhz bu məqsədlə edilib. Bəzən görürük ki, moped sürücüləri yol hərəkəti qaydalarını pozur, digər nəqliyyat vasitələrinin hərəkət etdiyi zolaqlara daxil olurlar. Bu ona görə baş verir ki, mopedlər üçün ayrıca, xüsusi zolaqlar yoxdur. Yaxşı olar ki, mopedlər üçün xüsusi zolaqlar ayrılsın, ya da onlara velosiped zolaqlarından istiadə imkanı verilsin. Belədə təhlükələr minimuma enər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm