
Natiq Cəfərli: "Bakıda sıxlığın azaldılmasının yeganə yolu bölgələrdə iqtisadi fürsətlərin və cazibə mərkəzlərinin yaradılmasıdır"
Yusif Nəzərli
03:23 12.01.2024
Sosial
455
İki nazirliyin regionlara köçürülməsi planı var
"Kənd Təsərrüfatı və Ekologiya və təbii sərvətlər nazirlikləri Bakıdan köçürülməlidir”. Bu sözləri millət vəkili Vahid Əhmədov deyib.
Bu nazirliklərin rayonlarla işlədiyini xatırladan millət vəkili bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyini Gəncə şəhərinə köçürmək olar: “Bir ara Kənd Təsərrüfatı Nazirliyini Ağdam rayonuna köçürmək məsələsi var idi, bu da məqbul variantdır”.
Qeyd edək ki, bu mövzuda fərqli düşünənlər də var. Sosial şəbəkələrdə bu barədə rəy bildirən ekspertlər hesab edir ki, bəzi qurumların Bakıdan başqa yerlərə köçürülməsi təklifləri nəticəsini düşünmədən verilmiş, qeyri-sağlam yanaşmalardır. Hesab edirlər ki, hansısa bir nazirliyin bölgəyə köçürülməsi daha çox çətinlik yaradacaq. Bakıya gələn hər hansı bir vətəndaş burada bir neçə nazirlik və ya qurumda olmalıdır. Tez-tez Nazirlər Kabinetinin müşavirəsi, iclasları olur. Belədə nazirlik əməkdaşlarının bölgələrə gedib-gəlməsi asan məsələ deyil. Bu, həm vaxt, həm də maliyyə itkisidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gəncəyə, Kənd Təsərrüfatı Nazirliyinin isə Ağdamda olması ilə nə dəyişəcək ki?
İqtisadçı-ekspert Natiq Cəfərlinin “Sherg.az”a açıqlamasına görə, nəinki ETSN və KTN hətta Ali Məhkəmənin, Konstitusiya Məhkəməsinin də regionlara köçürülməsi məqsədəuyğundur.
Bütün nazirlik və dövlət komitələrinin, habelə mədəni-maarif müəssisələrinin paytaxtda yerləşdiyini xatırladan N.Cəfərli deyib ki, bu qurumların regionlarda yerləşməsi vətəndaşlar üçün heç bir çətinlik yarada bilməz:

“Vətəndaşların birbaşa nazirliklə nə əlaqəsi var ki, müraciət edəndə çətinlik yaşasınlar. Nəyə görə vətəndaş işini həll etmək üçün dövlət və hökumət orqanları ilə fiziki təmasda olmalıdır? Bu məsələ dünyada "elektron hökumət" vasitəsilə həllini tapıb.
Nazirliklərə daha çox dövlət qurumları və biznes strukturlarının müraciəti olur. Nazirliklər regionlara köçürüldüyü halda onların regionlara gedib-gəlməsi lazım olacaq. Bu isə pis bir hal deyil. Ali məhkəmə orqanlarının regionlara köçürülməsi həmin bölgələrin də inkişafına təkan verər. Şəxsən mən bu müəssisələrin regionlara paylanmasının tərəfdarıyam. Kənd təsərrüfatı ilə məşğul olan nazirliyin kənd təsərrüfatı rayonlarının birində olması bu sahənin inkişafına daha çox dəstək vermiş olar, nəinki Bakıda qalması. Kənd Təsərrüfatı Nazirliyinin Ağdam şəhərinə köçürülməsi kənd təsərrüfatı ilə məşğul olan və əslində, çox ciddi kənd təsərrüfatı regionu olan ətraf bölgələrin inkişafında mühüm rol oynaya bilər. Çünki yerində bir çox məsələlər həll olunar. Kifayət qədər imkanlar var ki, ciddi araşdırma aparılsın, dövlət və hökumət orqanlarının bir qisminin Bakıdan regionlara köçürülməsi yolu ilə regionların iqtisadi inkişafına dəstək verilsin.
Bakının Baş Planında universitetlərin bir qisminin mərkəzdən şəhər ətrafına köçürüləcəyi öz əksini tapıb. Bu isə doğru yanaşma deyil. Əgər hansısa təhsil müəssisəsinin paytaxtın mərkəzindən kənarlara köçürülməsi üçün əlavə vəsait xərclənəcəksə, elə işğaldan azad olunan rayonlarımızdan birini universitet şəhərciyinə çevirsinlər. Bu, daha məntiqli və daha əlverişli bir qərar olar. Nəyə görə Füzuli, Zəngilan, Ağdam kimi şəhərlərimizdən biri "Kembric", "Oxford" kimi universitet şəhərinə çevrilməsin? Bu həm Bakının yükünün azalmasına, həm də bölgələrin inkişafına təkan verib iqtisadi aktivlik yaradar. Hesablamalara görə, bir şəhərdə 40-50 min tələbə oxuyursa, avtomatik olaraq həmin şəhərin əhalisi yarım milyona çatır”.
Bakıda çox ciddi sıxlıq yarandığını vurğulayan ekspert deyib ki, bu, ekoloji və nəqliyyat problemlərinin yaranmasına səbəb olur:
"Bu sıxlığın azaldılmasının yeganə yolu da bölgələrdə iqtisadi fürsətlərin və cazibə mərkəzlərinin yaradılmasıdır. Buna da inzibati dövlət qurumlarının və universitetlərin köçürülməsi ilə başlamaq lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lerik-Lənkəran sərhədində zəlzələ olub
16:38 10.08.2026
Hadisə
Lökbatanda iki qadın dənizdə boğulub - YENİLƏNİB
16:17 10.08.2026
Hadisə
Çox təəssüf ki, İranda hər şeyi Pezeşkian həll etmir - Analitik
15:54 10.08.2026
Region
Azərbaycanın xarici dövlət borcu 7,5% azalıb
15:29 10.08.2026
İqtisadiyyat
Rusiya -Ukrayna müharibəsi yeni mərhələyə keçib -ŞƏRH
15:16 10.08.2026
Aktual
Rusiya Zaporojyeyə aviabomba ilə zərbə endirib: 13 nəfər yaralanıb
15:09 10.08.2026
Dünya
Rihanna Türkiyədə məhkəməni uddu
14:45 10.08.2026
Dünya
Afrikanın altında 660 min kubkilometrlik nəhəng su ehtiyatı var
14:24 10.08.2026
Aktual
Paşinyandan separatçılara: Niyə ölmürsünüz?
14:21 10.08.2026
Gündəm
Azərbaycanın İsveçrə və Niderlanddakı səfirləri geri çağırılıb
14:11 10.08.2026
Gündəm
Meloninin kreslosu təhlükədə: Anketlərdə gerilədi, yeni gediş etdi
14:10 10.08.2026
Dünya
Prezident Polşaya yeni səfir təyin edib
14:05 10.08.2026
Gündəm
SON DƏQİQƏ: Baxçalı “Terrorsuz Türkiyə” qanunu üçün TBMM-də
14:01 10.08.2026
Gündəm
İran XİN-dən Ər-Riyad, Ankara və İslamabadın sazişinə reaksiya
13:47 10.08.2026
Siyasət