
Orta aylıq əməkhaqqının artımına hansı amillər təsir edir?
12:46 17.06.2024
Sosial
380
2024-cü ilin yanvar-aprel aylarında ölkə üzrə ortaaylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2 faiz artıb.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub. Bununla da, orta maaş 1007,5 manata yüksəlib.
Əməkhaqqı neft-qaz sektorunda 4031,5 manat, qeyri-neft-qaz sektorunda 950,5 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin ortaaylıq əməkhaqları 943,2 manat, özəl müəssisələrdə isə 1077,2 manat olub.
Maraqlıdır, orta aylıq əməkhaqqının artımına hansı amillər təsir edir?
Məsələ ilə bağlı "Sherg.az" a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bu göstərici kifayyət qədər həqiqəti əks etdirir:

"Orta əməkhaqqının hesablanma qaydası sadədir. Belə ki, respublika üzrə ümumi əməkhaqqı fondu işçilərin sayına bölünür. Ermənistanda orta əməkhaqqı bizim ölkədəkindən 25 faiz daha çoxdur. Gürcüstanda isə ən azı 15 faiz daha yüksəkdir. Bu statistika daim yenilənir və dollarla müqayisə edilir. Verilən göstəricilər fantastik rəqəmlər deyil. Bu vergi daxili əməkhaqqıdır. Regionun lider dövləti olmamıza baxmayaraq, ölkədə orta aylıq əməkhaqqı Qafqazda ən aşağı səviyyədədir. Qeyd edim ki, neft sektorunda işləyənlərin maaşı yüksəkdir. Demək olar ki,4-5 minə yaxındır. Azərbaycanda 3 ən böyük əməkhaqqı verən sektordan birincisi, neft-qaz, ikincisi, bank-maliyyə, sonuncusu isə rabitə-kommunikasiyadır. Bu da orta əməkhaqqının yüksək olmasına səbəb olur. Ən böyük iş verən təhsil sahəsidir. Yəni, 19 faiz işçi bu sektorda toplaşıb. Lakin burada maaş respublikanın orta aylıq əməkhaqqı səviyyəsindən aşağıdır. Daha çox şəxsin təhsil sektorunda çalışması, əməkhaqqının az olması orta əməkhaqqı göstəricilərinə təsir edir. Həmçinin, inflyasiyanın təsirləri də qaçınılmazdır. Belə ki,inflyasiya əməkhaqqının yüksəlməsi tələbini formalaşdırır. Əlavə olaraq, vətəndaşlar əməkhaqqının bir hissəsini qeyri-rəsmi alırlar. Lakin şəffaflaşma artsa, rəsmi rəqəmlər yüksələcək. Təəssüf ki, bu il minimum əməkhaqqı artırılmadı. Ancaq artırılsaydı, ümumi orta aylıq əməkhaqqı yüksələcəkdi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrandan zənginləşdirilmiş uranı istəyəcəklərini bildirib
18:35 23.03.2026
Dünya
Tramp: Müctəba Xameneinin ölməyini istəmirəm
18:19 23.03.2026
Gündəm
ABŞ Prezidenti: Bu gün İran tərəfi ilə telefonla danışacağıq
18:05 23.03.2026
Dünya
Qalyan: Artıq müharibədən söhbət getmir
17:31 23.03.2026
Cənubi Qafqaz
Qohumların bezdirici cümlələri - Çoxu qarşılaşır
17:24 23.03.2026
Cəmiyyət
Bitməyən yorğunluğun səbəbi: Zehni “açıq səhifələr”
17:13 23.03.2026
Sağlamlıq
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya
Rəsmi Bakı Rusiya XİN-ə cavab verib, Moskvadan izahat gözləyir
15:58 23.03.2026
Siyasət
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
15:51 23.03.2026
Hərbi
Putin azərbaycanlı alimi təltif edib
15:44 23.03.2026
Dünya
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya