Pensiyaçıların çoxu pulunu dava-dərmana verir -AÇIQLAMA
Yusif Nəzərli
06:00 24.10.2024
Sosial
451
Dövlət Sosial Müdafiə Fondu pensiyaların verilmə qrafikinin nə vaxt əvvəlki qaydaya qayıdacağı barədə ictimaiyyətə məlumat verməlidir
"Bu ilin avqustuna qədər pensiyalar bir qayda olaraq Bakı, Sumqayıt və Abşeronda ayın 6-10-u, regionlarda, məsələn, Şəki və Qaxda ayın 15-i verilirdi. Bayramlarda pensiyaların verilməsi bayrama uyğun olaraq tezləşdirilirdi və bayramqabağı ödənilirdi...". Bunu millət vəkili Əli Məsimli deyib.
Deputat bildirib ki, pensiyaçıların xeyli hissəsinin pensiyası aşağı olsa da, onlara edilən bu jest müəyyən qədər vətəndaş məmnunluğu yaradırdı:
"Pensiyaçıların xeyli hissəsinin evlərinin yaxınlığındakı və ya ərki keçən mağazaya borcu var və mağazanın nisyə dəftərindəki həmin borcun bir hissəsini ödəməlidir ki, bayram üçün nəsə almağa üzü olsun. Artıq 3-cü aydır ki, ölkəmizdə pensiyaların verilməsi ilə bağlı geçikmələr müşahidə olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi açıqlamasında bildirilir ki, bundan sonra Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda pensiyalar hər ayın 8-15-i aralığında, respublikanın digər bölgələrində, o cümlədən güzəştli şərtlərlə pensiya ödənişləri isə 20-28-i aralığında ödəniləcək. Pensiyaçıların xeyli hissəsinin çətinliklə üz-üzə qaldığı bir vaxtda pensiyaların verilmə qrafikinin dəyişdirilməsini böyük narazılıq yaradan bir hərəkət hesab edirik. Çünki əvvəlki rejimə görə pensiyalar Bakı, Sumqayıt və Abşeronda ayın 6-10-u, regionlarda, məsələn, Şəki və Qaxda ayın 15-i verilirdi. İnsanlar da bu rejimə uyğun müxtəlif banklardan həmin tarixə arxayın olub kredit alırdılar. Onların kartları birbaşa həmin tarix kreditlərin ödənilməsinə yönəldirilirdi. Eyni zamanda pensiya həmin pensiyaçının bir sıra hallarda isə bütövlükdə onun üzv olduğu ailənin yeganə gəlir mənbəyidir. Belə bir vəziyyətdə qrafikin dəyişilməsi böyük narazılıq yaradır".
Parlament üzvü vurğulayıb ki, pensiyaların verilməsindəki bu qrafik dəyişikliyi hansısa bir məsələ ilə əlaqədardırsa, müvəqqəti xarakter daşıyırsa və ya texniki xarakterlidirsə, Dövlət Sosial Müdafiə Fondu pensiyaların verilmə qrafikinin nə vaxt əvvəlki qaydaya qayıdacağı barədə ictimaiyyətə məlumat verməlidir:
"Yox, əgər pensiyaların verilməsindəki gecikmələr ötəri, texniki xarakterli bir məsələ deyilsə və bundan sonra pensiyaların verilməsinə maliyyə-mühasibat baxımından yanaşılacaqsa, onda təklif edirik ki, son 3 aya qədər bir qayda olaraq həmişə Bakı, Sumqayıt və Abşeronda ayın 10-na qədər, regionlarda isə ayın 15-i, uzağı, 15-20-si arasında pensiya alıb kreditlərini ödəyən pensiyaçıların kredit ödəmə tarixi pensiya verilən yeni günə transformasiya olunsun. Yaxşı olar ki, banklar pensiyaçılara və onların yaxın qohumlarına zəng edərək onlara mənəvi-psixoloji zədələr vurmasınlar və diskomfort yaratmasınlar. Banklar pensiyaların verilmə qrafikindəki dəyişikliyə uyğun olaraq yeni qrafik tətbiq etsin. Onsuz da çətin durumda olan pensiyaçılarla gecikmə faizi hesablamasın və tətbiq etməsin. Pensiyasının xeyli hissəsini müalicə, dava-dərman üçün kreditə ödəyən vətəndaş bir də gecikməyə görə faiz cəriməsi ödəməsin. Aşağı pensiya alan insanların bu yolla itirdiyi hər manat onlar üçün böyük puldur. Bir də ki, pensiyaçı təqsiri olmayan səbəblərə görə pulunun bir hissəsini niyə itirməlidir ki?!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya
Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan
19:45 18.09.2026
Cənubi Qafqaz
“Neftçi” yubiley oyununda Qəbələdən qələbə ilə ayrıldı
19:36 18.09.2026
Futbol