
Qiymət sərfəli, ehtiyat hissələri ucuz... -ŞƏRH
Qiymət sərfəli, ehtiyat hissələri ucuz... -ŞƏRH
Yusif Sultanoğlu
09:05 20.03.2024
Sosial
611
Müxtəlif marka avtomobillərin ölkəmizdə istehsal olunması sevindirici haldır
Gələn həftədən etibarən Azərbaycanda Rusiyanın “Lada Qranta” avtomobillərinin istehsalına başlanılacaq. “Atipik AvtoVAZ” İctimai Birliyindən bildirilib ki, ötən ilin dekabrında yığımın texnoloji proseslərini sınaqdan keçirmək üçün 11 ədəd “Lada Qranta” avtomobil komplekti Azərbaycana göndərilib. Qeyd olunur ki, martın sonunda Gəncə şəhərində avtomobil hissələrinin yığıldığı zavodun açılışı gözlənilir.
İqtisadçı-ekspert Asif İbrahimli bu təşəbbüsün ölkə iqtisadiyyatına ciddi töhfə verəcəyini qeyd edib: “AvtoVAZ” şirkəti Azərbaycanda “Lada” avtomobillərinin yığılmasını və birbaşa istehsal olunmasını, eyni zamanda region ölkələrinə satışı təmin etmək üçün belə bir bəyanat vermişdi. Bu baxımdan Azərbaycan perspektiv olaraq həm Avropaya, həm də Mərkəzi Asiya ölkələrinə çıxış üçün əlverişlidir.
Ona görə düşünürəm ki, digər xarici investorlar kimi, Rusiyanın da ən böyük istehsalçılarından biri olan “AvtoVAZ” şirkətinin də Azərbaycanda belə bir təşəbbüs göstərməsi heç də təəccüb yaratmamalıdır. Məlum olduğu kimi, Ukrayna-Rusiya münaqişəsi nəticəsində Rusiya məhsullarının, o cümlədən avtomobillərinin bir çox ölkəyə çıxışı məhdudlaşdırıldı. İstehlakçılar arasında başlıca Avropa ölkələrinin istehsal etdiyi avtomobillərə daha çox üstünlük verildi. Ancaq qiymət baxımından bir çox müştəri üçün “Lada” avtomobilləri uyğun seqment hesab olunur. Bu baxımdan təkmilləşdirmə işləri aparıb Azərbaycandan bu avtomobillərin satışını həyata keçirmək optimal variant sayılır. Düşünürəm ki, Azərbaycan iqtisadiyyatına faydası olacaq. Hər şeydən öncə belə bir avtomobil zavodunun ölkədə qurulması yeni iş yeri deməkdir. Hansı regionda açılacaqsa, həmin regionun inkişafına ciddi töhfə verəcək addımdır.
Digər tərəfdən həmin zavodda təkcə avtomobil deyil, ehtiyat hissələrinin də bazasıdır. Nümunə üçün qeyd edim ki, Özbəkistanda “Daewo” zavodu açıldıqdan sonra akkumlyator və təkər istehsalı da başladı. Bu baxımdan belə bir təşəbbüsün Azərbaycan iqtisadiyyatına ciddi töhfələr verəcəyini düşünürəm”.
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə “Sherg.az”a açıqlamasında deyib ki, hazırda ölkəmizdə il ərzində 2000 ədəd minik avtomobili istehsal edilir:
“Onun da demək olar ki, hamısı satılır. Ölkəmizin illik avtomobil tələbatı isə təxminən 60 mindir. İqtisadiyyat inkişaf etdikcə, əhali sayı çoxaldıqca, nəqliyyat vasitələrinə tələbat da ildən-ilə artır. Bu səbəbdən də Azərbaycanın özünün milli avtomobil sənayesinin qurulmasına və inkişaf etdirilməsinə böyük ehtiyac var. Bu baxımdan müxtəlif marka avtomobillərin ölkəmizdə istehsal olunması sevindirici haldır. Bu, az da olsa qiymətlərə təsir edər və avtomobillər insanlar üçün daha əlçatan olar. Özbəkistanla imzalanmış müqaviləyə əsasən, 2025-ci ildə Azərbaycanda avtomobil zavodu fəaliyyətə başlayacaq. Zavodda ildə 30 min avtomobilin istehsalı gözlənilir. Burada ABŞ, İtaliya, Çin, Koreya, Özbəkistan texnologiyasından istifadə ediləcək. Müəssisə 16 hektar ərazidə inşa ediləcək və orada 1200 nəfər işlə təmin ediləcək. Zavodda istehsal ediləcək avtomobillər daxili və xarici satış bazarları üçün nəzərdə tutulur. Azərbaycan-Özbəkistan birgə avtomobil istehsalı müəssisəsində ehtiyat hissələrinin istehsal olunacağı da gözlənilir”.

Ekspertin sözlərinə görə, yerli istehsallar qiymət baxımından daha münasib olduğundan tələbat da çox olur:
“Xüsusən də Rusiya istehsalı olan avtomobillərə tələb bölgələrdə daha çoxdur. Bu isə daha çox Rusiya avtomobillərində konstruksiyanın sadə, servis qiymətlərinin isə nisbətən aşağı olması ilə bağlıdır. Utilizasiya proqramının icrası zamanı avtomobilini utilizasiya verən vətəndaşlara güzəştli şərtlərlə təklif edilən avtomobillər daha çox yerli istehsal olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya
Xırdalanda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB
09:52 04.09.2026
Hadisə
Putinin müşaviri: Ukrayna məhv olmaq təhlükəsi ilə üz-üzədir
09:45 04.09.2026
Siyasət
Qızıl və gümüş ucuzlaşıb
09:35 04.09.2026
İqtisadiyyat
Avropa İttifaqı Ermənistana Rusiya ilə bağlı iki tələb irəli sürdü
09:27 04.09.2026
Gündəm