
Qlobal tendesiya: Gənclər arasında işsizlik artır -AÇIQLAMA
10:58 12.08.2024
Sosial
459
2023-cü ildə dünya üzrə 15-24 yaş arası gənclər arasında işsizlik səviyyəsi 13% təşkil edib ki, bu da son 15 ilin ən aşağı göstəricisidir.
Axar.az xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatının saytında dərc olunan hesabatda deyilir.
“2023-cü ildə gənclər arasında işsizlik səviyyəsi 13% təşkil edib, bu da 64,9 milyon insan sayına bərabərdir və son 15 ilin ən aşağı göstəricisidir. Bu rəqəmin bu il və gələn il daha da azalaraq 12,8%-ə düşəcəyi gözlənilir”, - hesabatda deyilir.
Qeyd olunur ki, ərəb dövlətləri, Şərqi Asiya, Cənub-Şərqi Asiya və Sakit okean regionunda isə gənclər arasında işsizlik səviyyəsi 2023-cü ildə 2019-cu ilə nisbətən daha yüksək olub.
Məsələ ilə bağlı açıqlama verən Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov "Sherg.az"a söyləyib ki, Azərbaycanda işsizləri təsnifatlaşdıranda gənclərin işsizliyik səviyyəsinin daha yüksək olduğunu müşahidə edərik:

“Oğlanlar məktəbi bitirdikdən, həmçinin ali məktəbə və ya orta ixtisas müəssisələrinə daxil olduqdan sonra hərbi xidmətə gedirlər. Hərbi xidmətdən qayıtdıqdan sonra isə əmək bazarına girməkdə çətinlik yaranır. Qızlar arasında isə işsizliyin səbəbi ixtisassızlar üzrə iş yerlərinin azlığıdır. Yalnız kənd təsərrüfatı sahəsində işlər mövcuddur. Digər tərəfdən yüngül sənayə və tekstil yönlərində də işlər zəifdir. Təhsil alanlar büdcə təşkilatlarında və ya dövlət qulluğunda işlə təmin edilirlər. Ona görə də ölkəmizdə gənclər arasında işsizlik yüksək səviyyədədir. İşsizlik kriteriyaları elə müəyyən edilib ki, torpaq sahəsi olan məşğul sayılır. Nəzərə almaq lazımdır ki, o torpaqlardan istifadə etməyənlər çoxdur və ya bütün ailə üzvü istifadə etmir. Bu zaman rəqəm daha böyük ola bilər. Gənclər arasında işsizlik artır. Bu qlobal tendensiyadır. İşğaldan azad olunmuş ərazilərdə kişilər işlərə cəlb olunurlar. Orada məskunlaşma baş verdikcə qadınların da məşğulluğu təmin ediləcək. Dövlət və hakimiyyət orqanları formalaşdıqca iş yerlərində gənclərin təmsilçiliyi artacaq. İşğal edilmiş ərazilərdə məskunlaşma gələcəkdə iş yerlərinin sayını artıra bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Niderlandda ən gənc baş nazir and içdi
21:47 23.02.2026
Dünya
Tramp yenə hədələyib: “Ədalətsiz ölkələr daha pisini görəcək”
21:34 23.02.2026
Gündəm
Qızıl və gümüş yenə bahalaşdı
21:33 23.02.2026
İqtisadiyyat
Dövlət uşaqların himayəsini ailələrə qaytarmağa çalışır - EKSPERT
21:20 23.02.2026
Aktual
Slovakiya Ukraynaya elektrik enerjisinin verilməsini dayandırıb
21:11 23.02.2026
Dünya
Pelin 12 illik ərindən ayrılır!
21:00 23.02.2026
Şou
Trampın iqamətgahında zərərsizləşdirilən gənc rəssam imiş
20:43 23.02.2026
Dünya
Zelenski sabiq baş komandan Zalujnıya cavab verib
20:35 23.02.2026
Dünya
Müharibə qazanılmasa, təbliğat faydasızdır - EKSPERT
20:15 23.02.2026
Gündəm
“Qəlb cəbhəsi” kitabı SDU-da təqdim olunub -FOTO
19:53 23.02.2026
Ədəbiyyat
Ukrayna Müdafiə Nazirliyi səfərbərlik islahatı elan etdi
19:29 23.02.2026
Dünya
Tramp Meksikanı narkokartellərlə mübarizəni gücləndirməyə çağırıb
19:20 23.02.2026
Dünya
Mingəçevirdə ər arvadını bıçaqlayıb
19:12 23.02.2026
Hadisə
Aİ Trampın yeni "qlobal tarif"ini tənqid etdi
18:56 23.02.2026
Dünya
ABŞ səfirliyi Livandakı əməkdaşlarını təxliyə edir
18:33 23.02.2026
Dünya